Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
14 Yanvar 2023 17:41Mədəniyyət
Azərbaycan filmi beynəlxalq film festivalında
Yanvarın 27-dən 30-dək Almaniyanın Heydelberq şəhərində canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı keçiriləcək.
21-ci dəfə keçiriləcək bu festivalın unikallığı və Almaniyada keçirilən başqa səssiz kino festivallarından əsas fərqi ondan ibarətdir ki, burada filmlərin müşayiət edilməsi üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir.
AZƏRTAC xəbər verir ki, təsisçisi və təşkilatçısı Huşəng Vahidi olan bu qeyri-adi festivalda həm səssiz filmlər, həm də dialoqların az olduğu oyun filmləri nümayiş etdirilir. Film göstərilərkən lentin səs cığırı söndürülür və müxtəlif musiqiçilərin ifasında canlı müşayiət bəzən bu filmləri tamamilə yeni tərəfdən açıqlayır, çünki musiqiçilər bu əsərləri öz zövqlərinə müvafiq musiqi əsərləri seçir və əsərin təqdimatına öz baxışlarını əlavə edirlər.
Builki festivalda Azərbaycan kinematoqraflarının işi də nümayiş etdiriləcək. Söhbət Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudovun çəkdiyi “Başlanğıc” filmindən gedir. Dərin fəlsəfi məzmunlu bu ekran əsərini almaniyalı pianoçu Fridvart Göbells müşayiət edəcək.
Cənab Göbells bu film barədə düşündüklərini belə ifadə edib: “Huşəng Vahidi bu festivalın direktoru kimi daim yeni maraqlı filmlər axtarır və onları festival üçün şəxsən özü seçir. O həm də daim yeni ideyalar təklif edən yaxşı dostdur. Keçən il yayda Huşəng Vahidi Azərbaycanda olarkən onun dostu rejissor Şamil Əliyev bu qısametrajlı filmə baxmağı təklif edib. Huşəngi Azərbaycandan qayıdandan sonra mənə zəng vurdu və festivalda musiqiçi kimi iştirak etmək istədiyini bildirdi. Azərbaycan filmi çox xoşuma gəldi, çünki bu əsərin fəlsəfi məzmunu yenidir. Filmə baxandan sonra öz təəssüratlarım əsasında ona yeni musiqi yazdım. Beləliklə, festivalda nümayiş etdiriləcək filmin musiqisi yeni və orijinaldır”.