Xəbər Lenti
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
14-07-2026, 14:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
13-07-2026, 21:22
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
13-07-2026, 21:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
13-07-2026, 20:06
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
13 Yanvar 2023 16:23Mədəniyyət
Azərbaycanla Macarıstan arasında turizm əlaqələri inkişaf etdirilir
Turizm münasibətlərinin genişləndirilməsi və birbaşa uçuşların sayının artırılması yanvarın 13-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman arasında keçirilən görüşdə müzakirə olunub.
DTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Agentlik sədri ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin turizm əlaqələrinin də inkişafına təkan verəcək amil kimi qiymətləndirildiyini, hazırda mövcud olan birbaşa uçuşların qarşılıqlı səfərlərin sayının artmasında önəm kəsb etdiyini diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torman öz növbəsində birbaşa uçuşların turist mübadiləsində xüsusi rol oynadığını, bu məqsədlə uçuşların sayının və Macarıstanda Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib. Səfir, həmçinin Macarıstan vətəndaşları üçün vizasız rejimin tətbiqinin ziyarətçilərin sayının artmasında əhəmiyyətli rol oynaya biləcəyini qeyd edib.
Görüşdə turizm şirkətləri, media nümayəndələri və influenserlərin qarşılıqlı səfərlərinin təşkili, bu istiqamət üzrə hər iki ölkənin mədəniyyətinin tanıtımına həsr olunan “Macarıstan və Azərbaycan günləri”nin keçirilməsi və qarşılıqlı təbliğat üçün birgə fəaliyyət planının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Fuad Nağıyev Azərbaycanda son illərdə turizmə dövlət səviyyəsində göstərilən diqqəti vurğulayaraq işğaldan azad olunan torpaqların turizm potensialının səmərəli istifadəsi üçün çoxistiqamətli layihələr və konsepsiya sənədlərinin hazırlandığını qeyd edib.
Səfir Tamaş Yojef Torman Azərbaycanla Macarıstan arasında birbaşa hava uçuşlarının sayının artırılması mövzusunda yanvarın 12-də Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidlə “Wizz Air” aviaşirkətinin icraçı vitse-prezidenti Ovein Cons arasında keçirilən görüş haqqında danışıb.
Qeyd edilən görüşdə Florian Zenqstşmid tərəfindən “Wizz Air” hava şirkətinin Əbu-Dabi–Bakı marşrutunun effektiv fəaliyyəti və BƏƏ-dən turizm axınına töhfəsi, ənənəvi bazarlarla yanaşı, son illərdə Yaxın Şərq, Pakistan, Hindistan bazarlarının Azərbaycan üçün əhəmiyyəti, həmçinin Avropada Polşa və almandilli ölkələr üzrə aparılan marketinq fəaliyyəti, Yaponiya və Koreya ilə bu istiqamətdə əlaqələrin intensivləşdirildiyini qeyd edib. O, “Wizz Air”in Bakıya hədəf ölkələrdən uçuşlar həyata keçirməsinin turist sayının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində “Wizz Air” aviaşirkətinin icraçı vitse-prezidenti Ovein Cons təmsil etdiyi ultra-loukoster şirkətinin daha çox insanın səyahət etməsini hədəflədiyini, Əbu-Dabi–Bakı reysinin əksər hallarda 100 faiz, Budapeşt-Bakı reysinin isə 70 faiz doluluq göstərdiyi bildirilib.
Ovein Cons gələcəkdə Azərbaycanın regionlarında yerləşən hava limanlarına da uçuşların həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.