Xəbər Lenti
Dün, 16:59
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
20-11-2024, 10:48
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
20-11-2024, 10:27
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
20-11-2024, 09:17
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
20-11-2024, 08:58
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
26 Ara 14:51Mədəniyyət
“Mədəniyyət/Culture” jurnalının xüsusi buraxılışında oxuyacaqsınız...
“Mədəniyyət/Culture” jurnalının dördüncü nömrəsi və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra baş tutmuş “Xarıbülbül” festivallarındakı çıxışları və Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında müvafiq Sərəncamı ilə başlayır. Şuşanın milli mədəniyyətimizdəki müstəsna yeri, təkrarsız rolu, tarixi Qələbəmizin istisna və dönüş nöqtəsi olmasından bəhs edilir.
Daha sonra jurnalda 2022-ci ilin may ayında Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirak edən redaksiya heyətinin təəssürat yazıları, qonaqların və bütün festival iştirakçılarının, musiqi tənqidçilərinin konkret olaraq, festival tədbirləri, həm də musiqimizdə, təsviri sənətimizdə, mifologiyamızda və folklorumuzda Xarıbülbül anlayışı ilə bağlı məqamlara həsr olunan məqalələr dərc olunub.
Oxucu forzasda şair Akif Azalpın bu say üçün özəl yazılan “Xarıbülbül” şeiri ilə qarşılaşır.
Ənənəvi baş redaktor səhifəsində “Şuşada doğulmayan şuşalı Zöhrə Əliyeva” imzası ilə “Şuşanı gör...və Var ol!” məqaləsində müxtəlif vaxtlarda Şuşaya səfərlərdən alınan təəssüratlar və festivalda əməyi keçən işçi qrupun fotoları yer alıb.
Növbəti yazı Medianın İnkişafı Agentliyinin son müsabiqəsində birinci yeri tutan yazılar sırasında olan jurnalist Şövkət Səlimov Budadın “Xarıbülbül əmanəti” yazısıdır ki, burada həm Şuşanın möhtəşəm keçmişi, həm də “mülk-mülk soyulan” halı təsvir edilir, hadisələr V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalınadək izlənir və ritual “Yallı” ilə bitirilir.
Mövzuların davamında Qurban Məmmədlinin “Vətən həsrətinin qürbətdə soldurduğu Qarabağ gülü – Ağabəyim Ağa” məqaləsi oxuculara Xarıbülbül əfsanəsini xatırladaraq tarixi şəxsiyyətlərin tərcümeyi-halına güzgü tutur, Şuşanın və bütün Azərbaycanın tarixində layiqli yeri olan Qarabağ qızı Ağabəyim Ağanın faciəvi taleyindən söz açır.
Lalə Azərinin “Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” yazısında festivalın 30 il əvvəlki tarixindən söhbət açılır.
Sənətşünas Leyla Zöhrabovanın məşhur mahnının “Vətən bağı al-əlvandır, var üstündə Xarıbülbül” sözlərindən ad almış məqaləsi bu mahnının yaranma tarixçəsi, xüsusiyyətləri, musiqimizdəki yeri, festivalın əhəmiyyəti barədə maraqlı bir araşdırma yazısıdır.
Ardından gələn səhifələr IV Xarıbülbül festivalının tarixinə bir ekskursdur, daha sonra fəlsəfə doktoru Aybəniz Növrəslinin “Şuşa: Tarixi ənənələrə qayıdış” baxışlarında V festivalın dünya əhəmiyyəti, musiqi bayramının gedişatı, həm tədbirin, həm də qonaqlarımızın nüfuzu, ölkə rəhbərliyinin müstəsna dəstəyi haqqında geniş məqaləsi festivalın sanbalının altını qırmızı xətlə cızır.
Bu nömrənin əsas hədəfi V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün gedişatını təsvir etmək, hər bir iştirakçının fikrini almaq, qonaqların təəssüratlarını qeyd etmək, festivalın ab-havasını fotolar vasitəsilə oxucuya çatdırmaq idisə, buna növbəti səhifələrdə nail olunub. Belə ki, ölkəmizin mötəbər tədbirə qatılmış sayılıb-seçilən insanları, xarici qonaqlar, eləcə də sərhədlərdən kənarda yaşayan soydaşlarımızın müasir Azərbaycan, Haqq, Vətən savaşımız və möhtəşəm Zəfərimiz, festivalın özəlliyi barədə fikirlərinə, o cümlədən musiqi kollektivlərinin çıxışları haqqında məlumatlara geniş yer ayrılıb. Bu sırada Polad Bülbüloğlu, Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Mənsum İbrahimov, Murad Hüseynov, Firəngiz Mütəllimova, Murad Adıgözəlzadə, Fuad İbrahimov, Orxan Alptekin (Türkiyə), Melita Lomadze (Gürcüstan), Aişə Xan (Pakistan), Sabrin və Rami (Tunis), Yusif Eyvazov, Dinara Əliyeva, Elçin Əzizov (Rusiya), Etibar Əsədli (Azərbaycan-Fransa), Həmzə Namirə (Misir), Cheisk Tidiane Seck (Mali), habelə Ankara Türk Dünyası Müzik ve Halk Dansları, “Solors of Pakistan”, “Mekitassy” (Gürcüstan), “Baxor” (Özbəkistan), “Trigaida” (Bolqarıstan), “Qorqud”, “Bülbüllər”, “Halay”, “Adıgün”, “Huduki” (Azərbaycan), vokal və rəqs qrupları var. Jurnalı əlinə alan oxucu başqa adları da səhifələrdə görə biləcək. Bu səhifələrin zəhməti başda Samirə Behbudqızı olmaqla Rəşadət Gərayzadə və Elnarə Xankişiyevanın üzərinə düşüb.
“Buxarian times” jurnalının baş redaktoru Rafael Nektalovla müsahibə Nataliya Quliyevaya, ustad xanəndə Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə söhbət Fəxriyyə Abdullayevaya, Özbəkistan estradasının primadonnası Yulduz Usmanova ilə müsahibə isə Şövkət Səlimova aiddir.
Bunlardan əlavə, “Xüsusi buraxılış”da Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin incəsənətimizdə xarıbülbül çiçəyinin tərənnümü mövzusunda təhlili (“Vətən bağı”nın baş yaraşığı”); bəstəkar, Əməkdar müəllim Adilə Yusifovanın kövrək xatirələri (“Xəyallarımdakı şəhər sənmişsən, Şuşam!”), sənətşünaslıq üzrə fəlsəfə doktorları Yavər Neymətlinin (Xarıbülbül ətirli “Qarabağ şikəstəsi”), Rauf Bəhmənlinin (“Unudulmuş “Xarıbülbül” yenidən səslənəcək”) və Xalq artisti Gülnaz İsmayılovanın “Azərbaycan musiqisinin məbədi Şuşanın musiqi ənənələri və “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı araşdırmaları yer alıb.
“Xarıbülbül“ musiqi bayramının virtual mənzərəsini, internet müstəvisində bu mövzu ilə bağlı hansı mənbələrə müraciət etmək lazım olduğunu Rasim Əbdürrəhman araşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır