Xəbər Lenti
21-11-2026, 20:57
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
21-11-2026, 20:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
21-11-2026, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
10 Dekabr 2022 15:14Mədəniyyət
“LitRes” Azərbaycana gəlib
Rusiyada və bütün MDB məkanında ən iri kitab servisi olan “LitRes” LitRes.az saytını, habelə Android və İOS platformaları üçün mobil əlavəni Azərbaycan auditoriyası üçün istifadəyə verib.
AZƏRTAC Rusiya kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu saytın istifadəçiləri üçün Azərbaycan dilində olan 4000 elektron kitab və 1000 audiokitab əlçatan olacaq. Bundan əlavə, istifadəçilər rusdilli kataloqdan olan əsərləri oxumaq və dinləmək imkanı qazanacaqlar.
Litres.az servisi ölkədə Azərbaycan dilində kitabların kataloquna görə ən böyük saytdır. 2022-ci ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi bu saytda əlçatan olacaq.
“LitRes” şirkətlər qrupunun baş direktoru Sergey Anuryev bu hadisəni şərh edərək deyib: “Biz planlaşdırırıq ki, “LitRes” Azərbaycanda elektron və audio kitablar bazarının ən iri oyunçusu olacaq, burada çox böyük artım potensialı görürük. Ölkədə rəqəmsal kitablar bazarının həcmi ildə 2-3 milyon dollara çata bilər. Bu, ilk növbədə “LitRes”in Azərbaycan auditoriyasında yayılması, habelə naşirlərin bu kontent formasına marağı, istifadəçilərin elektron və audiokitablara tələbatı sayəsində mümkün olacaq. Bizim vəzifəmiz Azərbaycanda rəqəmsal kitablar bazarını inkişaf etdirmək, lokal müəllifləri, nəşriyyatları və oxucuları dəstəkləməkdir.
Servisin Rusiya versiyasında əlçatan olan funksiyaların çoxu Azərbaycan versiyasında da reallaşdırılıb. İstifadəçilər, məsələn, xoşladıqları sitatları şəxsi kolleksiyasında saxlamaq imkanı əldə edəcəklər. Bundan əlavə, lokal auditoriya üçün eksklüziv kontent yaradılması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin