Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Həmin maşınlarla bağlı tədbir görülüb

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Bakı şəhər DYPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.
“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, sözügedən yeniyetmələr 6 nömrəli məktəb-liseyin şagirdləri olublar. Məktəb məsələ ilə əlaqədar hələ ötən ay açıqlama yayıb: “Məsələ ilə bağlı araşdırma aparılıb. Bildiririk ki, iyunun 8-də səhər saat 05:00 radələrində təhsil müəssisəsinin 11-ci sinif şagirdləri valideynlərinə məxsus maşınlarla icazəsiz şəkildə məktəbin ərazisinə daxil olub və çəkiliş ediblər. Daha sonra həmin videoları sosial şəbəkədə paylaşıblar.
Qeyd edirik ki, hadisə dərs günü deyil, həftənin şənbə günü baş verib. Məktəblilərin valideynləri ilə görüş keçirilib, onlara xəbərdarlıq edilib və müvafiq qurumlar məlumatlandırılıb. Hazırda araşdırma davam edir”.
***
“Meydan TV” şəhərin mərkəz hissələrində şütüyən avtomobillərin dövlət nömrə nişanlarına əsasən kimlərə aid olduğunu müəyyən edib.
Bahalı maşınların sahibləri arasında Milli Məclisin mərhum deputatı Madər Musayev, VI çağırış parlamentinin deputatı Cavanşir Paşazadə, sabiq müdafiə sənayesi naziri Mədət Quliyevin qardaşı oğlu Mətin Quluzadə, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyev, “Lexus” MMC-nin sahibi Zaur Məmmədzadə, Vəsadət Əzizovun oğlu, Auto Az MMC-nin təsisçisi Qüdrət Əzizov da var.























































