Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Tanınmış nəğməkar-şair, vətənpərvər insan Cəlal Qurbanov Daxili İşlər Naziri, General-Polkovnik Vilayət Eyvazova Təşəkkür Etdi
“Xezertv.info” xəbər verir ki, tanınımış xeyriyyəçi-vətənpərvər, nəğməkar şair, şəhid ailələrinin dostu Cəlal Qurbanov öz facebook səhəifəsində paylaşım edim:
Paylaşımda deyilir: Hörmətli cənab nazir, general-polkovnik Vilayət Eyvazov, Əziz Daxili İşlər Nazirliyinin əməkdaşları,
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyinin iş prinsiplərindəki şəffaflıq, cəsarət, disiplin, vətəndaşa xidmət, müraciətlərə operativ reaksiya, asayişin qorunmasına həssaslıq, təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ən əsası Vətənin bütövlüyünün qorunmasında DİN əməkdaşlarınıın fəal iştirakının təşkil olunması işləri göz qabağındadır. Bu mənada Sizə vətənsevər kimi bir daha təşəkkürümü bildirir, Sizin timsalınızda qurumun bütün əməkdaşlarına möhkəm can sağlığı və nailiyyətlərin davamını arzu edirəm.
Təəssüf ki, hər bir vətəndaş kimi mən də narahatçılığıma səbəb olan bəzi cinayət əməllərinə məruz qalmış və nə yaxşı ki, onlarla mübarizənin ən doğru yolunu Daxili İşlər Nazirliyinə müraciət etməkdə görmüşəm.
Artıq neçə ildir ki, kiber cinayətlə məşğul olan bir və bir neçə insanın hədəfinə çevrilmiş, işgüzar və ictimai nüfuzuma xələl gətirən bu şəxslərin əsl kimliyini üzə çıxarılmasında çətinliklə qarşılaşmışdım.
Yalnız Sizə müraciət etdikdən sonra, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi sayəsində bu şəxslərin müəyyən insanlar tərəfindən yönləndirildiyinin aşkara çıxmasına müvəffəq olmuş, fake profillərlə gizlənən kiber cinayət əməllərinin gizli qalmadığı həmin şəxslər üçün dərs olmuşdur. Mənim şəxsən Sizə etdiyim müraciətdən sonra qısa müddət ərzində aşkara çıxan bütün məqamlara görə dərin minnətdarlıq hissilə Sizə təşəkkür edir və kiber cinayətə məruz qalan bütün vətəndaşları ən doğru ünvan olan Daxili İşlər Nazirliyinə müraciətə çağırıram. Bir daha əmin oldum ki, polisimiz bizim həm fiziki, həm də mənəvi təhülkəsizliyimizin keşiyindədir.
Allah Azərbaycan polisini qorusun!
Fərid Səfərov
AJB-nin üzvü






















































