Xəbər Lenti
Dünən, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Dünən, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Dünən, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Dünən, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
21-04-2026, 11:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir.

Qardaş məmləkətdəki zəlzələ zonasında həyat uğrunda mübarizə artıq 5 gündür gecə-gündüz davam edir. Eyni zamanda, zəlzələnin avterşokları bitmək bilmir. Ancaq əhali də, xilasedicilər də, demək olar, buna öyrəşib. Hərçənd bəzi qorxulu proqnozlar da səslənməkdədir.
06 fevralın 2023 cü il tarixində saat 04:17də qardaş Türkiyənin Kahramanmaraş və digər 10 müxtəlif bölgəsində baş vermis 7,7 maqnitudalı zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar Azərbaycan xalqını da sarsıtdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyənin 10 müxtəlif bölgəsində baş vermiş zəlzələ zamanı həlak olanlarla bağlı, Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətlər Mehriban xanımın vətənpərvərliyi işığında daha saf məzmun kəsb edir. Yüksək mənəviyyat və humanizm ideallarına sadiqlik çoxəsrlik tariximizdən süzüb gələn xalqımıza xas ən ali keyfiyyətlərdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır.
Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.
Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb. Bu barədə İnsanoid “NTV”-ə istinadən bu gün, 11 fevral tarixində xəbər verir.
Zəlzələ bölgəsindən yaralı halda xilas edilənlərin sayı isə 80 104 nəfərə çatıb.
Dost dar gündə tanınır, deyib, babalarımız. Məhz qardaş Türkiyə üçün belə ağır dönəmdə xalqımız özünəxas həmrəylik, mərhəmət, xeyirxahlıq, sədaqət, humanizm kimi yüksək mənəvi dəyərləri bir daha nümayiş etdirdi, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğu və qarşılıqlı sevgisinin möhkəmliyini və əbədiliyini isbat etdi.
Ölkə Başçısı Cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına xilasedicilər, müxtəlif əşyalar və ləvazimatlar yardım üçün göndərilmişdir.
Bu məqsədlə digər rayonlar kimi Göyçay Rayon İcra Hakimiyyəti də türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyasına qoşulmuş, 250 ədəd yataq dəsti, 100 ədəd qızdırıcı avandanlıq və 20 ədəd generator Türkiyə Respublikasına göndərilməsi üçün Göyçay rayonundan Bakı şəhərinə yola salınmışdır.
Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb. Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.



























































