Xəbər Lenti
Dünən, 21:53
“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Dünən, 18:13
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
11-05-2026, 17:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 19:08
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
10-05-2026, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 10:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 10:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
10-05-2026, 10:46
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
10-05-2026, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
10-05-2026, 10:33
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sahibə Qafarova Dağıstan Respublikasının rəhbəri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən bildirilib ki, qonaqları salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu diqqətə çatdıraraq, qarşlıqlı səfərlərin də bu münasibətlərə töhfə verdiyini bildirib. Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri haqqında danışan Milli Məclisin sədri bu sahədə parlament əlaqələrinin də özünəməxsus rolunu qeyd edib.
Söhbət zamanı parlamentin spikeri Sahibə Qafarova, Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışan Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, həmçinin, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verib.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq və bərpa işləri haqqında məlumat verib. O, qeyd edib ki, bu ərazilərin yenidən qurulması və Zəngəzur dəhlizinin açılması həm regional kommunikasiyaların bərpasına, həm də bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını Milli Məclisin sədrinə çatdırıb.
Qonaq Prezident İlham Əliyevlə bugünkü görüşü zamanı aparılan fikir mübadiləsindən razılığını ifadə edib. O, Azərbaycanın dinamik inkişafından məmnunluğunu qeyd edərək, bildirib ki, Dağıstan Azərbaycanla sosial-iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. O, qanunvericilik orqanlarının bu münasibətlərin inkişafında oynadığı rolu diqqətə çatdırıb.
Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını, azərbaycanlıların Dağıstanın inkişafına töhfəsini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlardan - Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Azər Badamov, Sevil Mikayılova, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.























































