Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Tarixə qızıl hərflərlə yazılan gün

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir.
Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən ordumuz bu şanlı Zəfərini bu gün Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirir. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə, qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik. Xalqımız səbirsizliklə gözləyirdi və artıq həmin gün baş tutdu.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Hətta Paradda Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.
Mərasimdə Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi.
Xatırladaq ki, Azərbaycanda ilk hərbi parad Xalq Cümhuriyyəti dövründə – 1919-cu il mayın 28-də Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Müstəqil Azərbaycan Respublikası dövründə ilk hərbi parad isə 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da ölkəmizdə ikinci hərbi parad keçirilib. 2011-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü və dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə Azərbaycan Ordusunun növbəti hərbi paradı təşkil olunub. Azərbaycanda keçirilən dördüncü hərbi parad 2013-cü ildə Silahlı Qüvvələrin yaranmasının 95 illiyinə həsr edilib. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən hərbi parad (sayca 5-ci) isə 2018-ci il 26 iyun tarixində – Silahlı Qüvvələr Gününə təsadüf edib. Bu mərasim əvvəlkilərdən xeyli fərqlənib. Hərbi paradda ordumuzun malik olduğu yeni silahlar, hərbi-texniki avadanlıqlar nümayiş olunub. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə heyəti iştirak edib. Sonuncu (altıncı) hərbi parad Azərbaycanın müstəqillik tarixində mühüm yer tutan 15 sentyabr – Bakının erməni-daşnak qüvvələrindən azad edilməsi günü münasibəti ilə baş tutub. Paradda Türkiyə Silahlı Qüvvələrinin bölmələri də iştirak edib, o cümlədən bu ölkədən alınan yeni hərbi texnikalar, silah sistemləri, artilleriya vasitələri, pilotsuz döyüş aparatları nümayiş etdirilib.
10 dekabr hərbi paradının isə böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda, rəmzi mənası var. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını qısa müddətdə, nisbətən az itki ilə geri qaytardı.
Göründüyü kimi, qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə üstünlüyünün darmadağın edilməsi və təşəbbüsün ələ alınması əlbəttə, təntənəli hərbi keçidlə qeyd olunmağa layiqdir. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya nümayişidir.
Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Ali Baş Komandanın da dediyi kimi, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!
Zəfərin mübarək Azərbaycan!























































