Xəbər Lenti
Dünən, 12:45
Fəaliyyəti ilə nümunə göstərilən rəhbər – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov
Dünən, 12:28
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
Dünən, 08:59
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dünən, 08:50
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
28-12-2025, 11:59
Dünya və Avropa Cempiyonu Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri Güloglan Cabbarlı
28-12-2025, 08:52
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
28-12-2025, 08:29
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
28-12-2025, 08:08
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
27-12-2025, 14:55
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
27-12-2025, 14:23
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
27-12-2025, 08:16
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
26-12-2025, 20:25
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
26-12-2025, 20:20
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
26-12-2025, 20:11
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
26-12-2025, 20:06
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
26-12-2025, 19:57
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
26-12-2025, 14:36
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
25-12-2025, 16:15
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
22 Noyabr 2022 14:06Manşet
Şuşa ilində 104 yaşını qeyd edən Azərbaycan Ədliyəsi

Əziz həmkarlar!
Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
Bayramlarımız artıq xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, ötən ay müstəqilliyimizin bərpa olunmasının 31 illiyi, cəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin ikinci ildönümü – Zəfər Günü qeyd olunub.
Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır.
Azərbaycan xalqı artıq dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir.
2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi.
44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var.
Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.
Vətən müharibəsinin başladığı andan Azərbaycan xalqının yanında olan qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının, yüksək səviyyəli rəsmi şəxslərinin ölkəmizə mənəvi və siyasi dəstəyi xüsusi qeyd olunmalıdır. Ötən dövrdə Türkiyə Prezidentinin azad edilmiş torpaqlara səfərləri, iyun ayında Şuşada Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması ölkələrimizin ümumi maraqlarının və təhlükəsizliyinin qorunmasına xidmət edib. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır, mədəniyyət paytaxtımız Şuşada yenidən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilir, Vətən müharibəsində qələbəmizin sevinci yaşanır. Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir.
Ölkəmizdə uzun illər ərzində formalaşmış möhkəm ictimai-siyasi və sosial-iqtisadi bünövrə, tarixi torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə sistemli və davamlı islahatlara əlavə imkanlar yaradıb. Müasir dünyamızda isə islahatları qabaqcıl texnologiyalar tətbiq edilmədən təsəvvür etmək mümkün deyil. Eyni zamanda, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası şəraiti müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişafını şərtləndirib. Son illər inkişaf etmiş ölkələrdə demokratiyanın daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökümət”-in (ingilis dilində e-Goverment) formalaşdırılması hesab edilir.
Ədliyyə Nazirliyi tərəfindən “ Elektron Hökümət ” portalı vasitəsilə əhaliyə 35-a yaxın ədliyyə xidmətəri verilmişdir. Bu xidmətlərdən əhalinin böyük bir qismi çox rahatlıqla bəhrələnir.Vətəndaşlar həm nazirliyin rəsmi internet saytından, həm də “ Elektron Hökümət” portalı vasitəsilə ədliyyə xidmətləri ilə bağlı müraciət edə bilirlər. Vətəndaşlar. e-gov.az saytına daxil olmaqla “ e-xidmətlər” sonra , ”Bütün xidmətlər “ xanasından Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən yararlana bilirlər. Həmin saytda vətəndaşlar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərdən istifadə edə bilirlər.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının icrasından irəli gələrək bugünkü halda vətəndaşlar “myGov” portalı vasitəsilə elektron müraciət etməklə “Doğum haqqında elektron şəhadətnamə”ni və “Ölüm haqqında elektron şəhadətnamə”ni çox rahatlıqla əldə edə bilirlər.
Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların istifadəsinə verilən bu elektron xidmətlər pandemiya dövründə də özünü daha çox doğrultmuşdur.Əhalinin olduğu yeri tərk etmədən elektron qaydada xidmətlərdən yararlanmağa şərait yaratmışdır. Pandemiya dövründə doğumun,ölümün və nikahın qeydə alınması ilə bağlı müraciət edən vətəndaşların sayı daha çox olmuşdur. Elektron iştirak səviyyəsinin yüksəlməsi vətəndaş məmnuniyyətinin artmasına səbəb olur. Vətəndaş məmnuniyyəti ədliyyə işçilərinin peşə fəaliyyəti zamanı əsas tutduqları prinsiplərdən biridir.
İlahə Ələsgərova,
Yasamal rayon qeydiyyat şöbəsinin rəisi























































