Xəbər Lenti
Dünən, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Dünən, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Dünən, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Dünən, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 14:53
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi

"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqə elan edir.
Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, rəsmə, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.
Müsabiqə şeir və mahnı, rəsm nominasiyaları üzrə 7-15, 15-25 yaş qrupunda və 2 mərhələdə keçirilir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;
- İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü və çəkdiyi rəsm müsabiqəyə təqdim etməlidir;
- Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər;
- Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır;
- Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;
- Müsabiqəyə fonoqram qəbul olunmur;
- Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- Videogörüntülər aydın və keyfiyyətli olmalıdır;
- Çəkdiyi rəsm əsərini imzası ilə təşkilatımıza göndərə bilər;
-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon, təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;
- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.
I mərhələ - 28 oktyabr – 5 noyabr 2022 -ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır.
Hazırlanan mahnılar video formatda [email protected] elektron poçt ünvanına və ya 0508067015 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.
II mərhələ - Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.
Müsabiqənin qalibləri 9 noyabr 2022 ci ildə elan olunacaq. Müsabiqənin qalibləri və fəal iştirakçılar "Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi tərəfindən diplom və sertifikatlar ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar 0508067015 telefon nömrələri ilə əlaqə yarada bilərlər.























































