Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
28 Fevral 2023 06:57Mədəniyyət
“Baharın rəngləri” adlı rəsm müsabiqəsi davam edir
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmətdən ibarətdir.
21 yaşa qədər uşaq və yeniyetmələr Bakı Xətai Sənət Mərkəzi feysbuk qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim edəcəyi əsərin fotosu ilə bərabər, əsərin adı, texnikası, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəb və əlaqə nömrəsini martın 2-dək yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.
Bahar mövzusunda olacaq əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
Seçim 3 yaş kateqoriyası üzrə - 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılacaq.
Əsəri sərgilənəcək müəlliflər və sərgilənən əsərlər Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının media hesablarında elan olunacaq.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.