Xəbər Lenti
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
490 şagird təhsil almaq istəyir, amma... - ƏN BÖYÜK KƏNDDƏ NİYƏ MƏKTƏB BİNASI TİKİLMİR?

490 şagird alır bu məktəbdə. Əgər, məktəb demək olarsa. Söhbət Sabirabadın Qalağayın kəndində yerləşən Əli Qurbanov adına məktəbdən gedir. Azərbaycanın ən böyük kəndlərindən biri olsa da, valideynlər kənddəki təhsil ocağının hazırkı vəziyyətindən şikayətçidirlər. Müəllimlər də narazıdır. Onlar da uçuq-sökük sinif otaqlarında, yayda istidə, qışda odun peçinin tüstüsündə şagirdlərə təhsil verə bilmirlər. Sinif otaqlarının pəncərələri, döşəməsi yox, tavanı adamın üstünə uçur. Valideynlər deyir ki, hər il söz verirlər məktəb tikiləcək. Amma bu elə söz olaraq qalır.
Məktəbin direktoru Fəridə Ələkbərova deyir ki, uzun illərdir məktəb istifadə edilir. Təhsil ocağının qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti orqanlara məlumat verilib. Yaxın zamanda yeni məktəb binasının tikintisinə də başlanılacaq: “Məktəbimiz 30-cu illərdən fəaliyyət göstərir. Sabirabad rayonunun ən qədim məktəblərindən biridir. Məktəbimiz 3-4 korpusdan ibarətdir. Məktəbimiz qəzalı vəziyyətdə olsa da, şagirdlərimiz də, müəllimləri də yüksək nəticələr əldə edirlər. Davamiyyətimiz yüksək səviyyədədir. Məktəbimizin qəzalı vəziyyətinə görə biz müraciət etmişik Təhsil Nazirliyinə. Sağ olsunlar bu il üçün tikinti planlaşdırılıb. Artıq may ayından məktəbimizə tikinti təşkilatları gəlməyə başlayıb. Məktəbin smetası da hazırlanıb... Oktyabrın 2-3-ü tikintiyə başlamalıdırlar. 2023-cü ilin sentyabrına kimi yeni məktəbin tikintisi başa çatacaq. 3 mərtəbəli, 3 korpuslu yeni məktəb istifadəyə veriləcək”.
Məsələ ilə bağlı Sabirabad Mil-Muğan regional təhsil idarəsinə də müraciət etdik. İdarənin mətbuat katibi Vilayət Əliyevin sorğumuza cavab isə bunlar oldu: “Sabirabad rayon Qalağayın kənd tam orta məktəbinin yeni binası, köhnə məktəb binasının yerində tikiləcək. Aparılacaq söküntü işləri ilə əlaqədar akt hazırdır. Hazırda məktəbin layihə smeta sənədləri hazırlanır. Növbəti il məktəb üçün yeni binanın tikilməsi nəzərdə tutulur”.
Belə, ümid edirik ki, bu dəfə deyilən və verilən vədlər sadəcə kağız üzərində qalmaz. Növbəti ildən şagirdlər müasir tipli, yeni məktəbdə oxumağa başlayarlar.























































