Xəbər Lenti
Dünən, 21:53
“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Dünən, 18:13
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
11-05-2026, 17:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 19:08
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
10-05-2026, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 10:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 10:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
10-05-2026, 10:46
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
10-05-2026, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
10-05-2026, 10:33
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
İnam Kərimov Qazaxda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov sentyabrın 24-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa, Tovuz və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə nazir İnam Kərimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Qazaxdakı Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, şəhidlərin xatirəsi anılaraq onların məzarları üzərinə gül dəstələri düzülüb.
Daha sonra nazir İnam Kərimov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.























































