Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
VPN yükləmək məsləhət deyil - Ekspert

VPN (Virtual Şəxsi Şəbəkə) müxtəlif şəbəkələrə qoşulmağa imkan verən internet texnologiyasıdır. İstifadəçinin internetdə IP ünvanını gizlətmək və ya internetdə girişi bloklayan proqramlardan yan keçmək üçün hazırlanmışdır.
Həm stolüstü kompüterlər, həm smartfonlar, həm də planşetlərə, “Chrome”, “Firefox” və s. internet brauzerlərinə əlavələr kimi quraşdırıla bilən VPN tətbiqləri var.
Bəs, “VPN” yükləmək məsləhətdirmi?
Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas Trend-ə bildirib ki, son zamanlar ölkəmizdə “TikTok” sosial şəbəkəsinin bağlanması səbəbindən VPN-lərə tələbat artıb.
Onun sözlərinə görə, əgər ölkəmizdə sosial şəbəkə və ya hansısa tətbiq bloklanırsa, bu, informasiya təhlükəsizliyini təmin etmək üçün atılan addımdır.
"Pulsuz VPN-lər vətəndaşların şəxsi məlumatlarının oğurlanmasına zəmin yaradır. İlk olaraq onu qeyd edim ki, VPN yükləmək məsləhət deyil. Pulsuz VPN yükləmək çox təhlükəlidir. Belə ki, VPN-lərdən istifadə etdikdə hakkerlər vətəndaşın şəxsi məlumatlarını, sosial şəbəkə parollarını, bank kartlarını rahatlıqla öyrənə bilərlər. Sadəcə, insanlar elə düşünürlər ki, bu VPN-lər sadə bir tətbiqdir. Lakin müəyyən müddət keçdikdən sonra məlum olur ki, bəzi VPN-lər insanların şəxsi məlumatlarını götürür. Yüklənən VPN-lər siyahısında ermənilərin də sahib olduğu tətbiqlər var. Bu da çox təhlükəlidir. Kimsə VPN yükləyirsə, mütləq həmin tətbiqin hansı ölkəyə aid olduğunu və hansı ölkənin serverinə qoşulduğunu araşdırmalıdır", - o qeyd edib.























































