Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
Mətbuat Şurasının qurultayı sentyabrın 24-nə təyin olunub - YENİLƏNİB
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Şuradan verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, Şuranın Nizamnaməsinə əsasən hər dörd ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməli, İdarə Heyəti yenidən seçilməlidir.
Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanıb"
Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb
Kamran Əliyev: "Azərbaycanda medianın inkişafı üçün bütün şərait yaradılıb"
Ətraflı
Ad - 00:10
Bundan başqa, MŞ-nin Nəzarət-Təftiş Komissiyanın tərkibi də yenilənməlidir. Prosedur qaydalara müvafiq olaraq ali məclisin düzənlənməsi üçün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır: “İndiyədək Azərbaycan jurnalistlərinin yeddi qurultayı keçirilib. Axırıncısı 2018-ci ildə baş tutub. Artıq vaxtdır. Bu, sayca səkkizinci ali məclisimiz olacaq. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, qurultaya hazırlıq üçün formalaşdırılacaq Təşkilat Komitəsinin üzvləri bir qayda olaraq İdarə Heyətinin üzvlərindən təşkil edilir. Başqa təklif yoxdursa, yenə həmin qaydada olsun. Fikrimcə, birlikdə prosesə effektiv hazırlığı reallaşdıra biləcəyik”.
Əflatun Amaşov onu da vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının təşkili məqsədilə Mətbuat Şurasına üzv təşkilatlarla müvafiq iş aparılmalıdır.
Üzv təşkilatlar qurultayda iştirak edəcək nümayəndəsinin və nümayəndələrinin adlarını TK-ya təqdim etməlidirlər. Bundan başqa, onlar MŞ-nin İdarə Heyətində görmək istədikləri şəxslərin adlarını da bildirməlidirlər. Hər iki Nizamnamə prosedurunun tətbiqi üçün artıq anketlər hazırlanıb və onlar Mətbuat Şurasının presscouncil.az saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı bannerdə yerləşdirilib. Şuranın üzvləri ora daxil olaraq hər iki anketi endirə bilərlər. Anketlər doldurulub təşkilatın rəhbərinin imzası və möhürlə təsdiqləndikdən sonra skan edilib Şuranın [email protected] elektron ünvanına göndərilməlidir. Anketlər qeyd edilən prosedur yerinə yetirilməklə MŞ-yə şəxsən də çatdırıla bilər.
Əflatun Amaşov qurultaya qədər TK-nın fəaliyyəti, eləcə də ali məclislə əlaqədar məsələlərə dair cəmiyyətə əlavə məlumatların veriləcəyini də diqqətə çatdırıb. MŞ sədri çıxışında həmçinin qurultayın sentyabrın 24-də təşkil olunmasını təklif edib.
MŞ İdarə Heyətinin üzvləri çıxışlarında Azərbaycan jurnalistlərinin indiyədək keçirilmiş qurultaylarının ölkənin ictimai həyatında mühüm əlamətdar hadisələr kimi yadda qaldığını vurğulayıblar. Onlar bu ənənənin davamlılığı üçün səkkizinci ali məclisə hazırlıq işlərinin də yüksək səviyyədə görülməsinin vacibliyini önə çəkiblər.
İclasda həmçinin qurultayın keçirilmə yeri, iştirak qaydası ilə bağlı bir sıra məsələlər müzakirə olunub, yekdil fikrə gəlinib. Qərara alınıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaxın günlərdə bunlarla əlaqədar ictimaiyyətə ətraflı məlumat versin.
***
16:08
24 sentyabrda Azərbaycan Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.
Bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan jurnalistləri qurultaya gedir.
Qeyd edək ki, bu gün Mətbuat Şurasının iclası keçirilir.























































