Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
18-11-2026, 13:43
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Bu il bilet satışından çox razıyıq, rekord sayda beynəlxalq tamaşaçı gəlib - BŞH-nin icraçı direktoru (MÜSAHİBƏ)
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimovun 2022 Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı müsahibəsi
- Azərbaycanda keçirilən altıncı Formula 1 Qran Prisi başa çatıb. Finalda iki “Ferrari” üz-üzə gəlib, bu ola bilsin ki, yekunun həyəcan dolu keçməsinə kölgə salıb. Yarışa dair təəssüratlarınız necədir?
- Azərbaycan növbəti dəfə möhtəşəm idman hadisəsini bütün dünyaya nümayiş etdirdi. Hər il olduğu kimi, bu il də Azərbaycan Qran Prisi dramatikliyi ilə yadda qaldı. Mövsümün favoritlərindən hesab olunan “Ferrari” nin yarışdan kənarda qalması və “Aston Martin”, “Haas” və “Alfa Romeo” kimi komandaların da yarışdan kənarda qalıb xal qazana bilməməsi yarış cədvəlinə təsirsiz ötüşməyib.
Düşünürəm ki, bu yarış ümumilikdə “Red Bull” komandasının bu trekdə lider olmasını bir daha sübut etdi. Ötən il Bakıda bəxti gətirməyən Maks bu il nəhayət ki, qalib gəlib. Həmin ilin qalibi Serxio Peres isə Bakıda yenidən dördüncü dəfə podiuma layiq görüldü. Hesab edirik ki, “Bakı sindromu” ənənəsi davam edir və bu il də fərqli pilotun qələbə çalması bizə Formula 1 təqvimində Bakı trekinin unikallığını qoruyub saxlamağımıza imkan verdi.
- Müzakirə olunan mövzulardan biri Luis Hemiltonun avtomobilinin silkələnməsi ilə bağlıdır. Məlumdur ki, "Mercedes"in bu mövsüm avtomobildə aşkar problemləri var və bu hələ də həllini tapmayıb. Bunun Bakı treki ilə bir əlaqəsi varmı? Beynəlxalq Avtomobil Federasiyası (FİA) bununla bağlı bir fikir bildiribmi? Zəhmət olmasa bu məqama aydınlıq gətirərdiniz.
- Nə Formula 1 rəhbərliyindən, nə də FIA-dan bununla bağlı hər hansı bir rəy daxil olmayıb. Bildiyiniz kimi, bütün yarış trekləri yalnız Beynəlxalq Avtomobil Federasiyasının texniki baxışından keçərək yarışa hazır vəziyyətə gətirilir. Bu halda söhbət bəzi komandaların maşınlarının texniki nasazlığından gedir. Bütün avtomobilin və şassinin dəyişdirilməsi səbəbindən avtomobillərin "delfinləşdirilməsi" baş verir. Bəzi komandalar, məsələn, "Mercedes", bu təsirdən xilas olmaq üçün hələ də avtomobillərini optimal vəziyyətə gətirməkdə çətinlik çəkirlər.
Bu, əvvəlki Formula 1 yarışlarında da özünü büruzə verirdi, lakin Bakı yarışında xüsusilə nəzərəçarpan idi, çünki mövsümün ən yüksək sürətli düzlüyü Bakı trekindədir. Bakı halqası şəhər trekləri arasında ən sürətli treklərdən biridir. Bu səbəbdən bu məsələ, trekin deyil, birbaşa avtomobillərin aerodinamik tənzimlənməsi ilə bağlı sırf texniki bir problemidir.
- Bilet satışından razı qaldınızmı? Əyləncə zonasından Bakıya çoxlu turistlərin gəldiyi aydın görünürdü. Turistlərin sayı ilə bağlı ilkin rəqəmlər varmı?
- Bu il bilet satışından çox razıyıq. Biz xüsusən də böyük konsertlər təşkil edilmədiyi üçün yarışa daha az tamaşaçı gələr deyə narahat idik. Lakin iştirakçıların sayı bizə onu göstərir ki, ölkəmizdə avtoidmana maraq artıq formalaşıb. İnsanlar artıq bilavasitə yarışı izləmək üçün bilet alırlar və artıq onları cəlb etmək üçün konsertlər təşkil etmək məcburiyyəti yoxdur.
Onu da qeyd etmək yerinə düşər ki, bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə Formula 1 ilə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir. Bu, xüsusilə ona görə əlamətdardır ki, ötən illərdə Rusiyadan bizə çoxlu sayda turist gəlirdi və çətinliklər üzündən bu il ordan gələn turistlərin sayını azaltsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və.s kimi digər ölkələrdən turist axını artıb.
- Həftəsonu “Fomrula-1” rəhbərliyi ilə Azərbaycan Qran Prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması məsələləri müzakirə olunubmu?
– Biz Formula 1 ilə danışıqlara başlamışıq və hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var.























































