Xəbər Lenti
Dünən, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Dünən, 10:27
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
21-11-2026, 20:57
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
21-11-2026, 20:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
21-11-2026, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Prezident İlham Əliyevin yeni Sərəncamı 4500-ə yaxın şəxsə şamil olunacaq
Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 19 aprel 2022-ci il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 4395 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.
Beləliklə Sərəncam 4500-ə yaxın şəxsi əhatə edəcək.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.























































