Xəbər Lenti
Bugün, 14:20
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Dünən, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Dünən, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Dünən, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Dünən, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Bu hərbçilərə medallar təqdim edildi
Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilən Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətindən və 44 günlük müharibə ilə qazanılan Zəfərdən danışıb.
General-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə xalqımız əzm və iradə ilə bir yumruq olub düşmənə sarsıdıcı zərbələr endirdi. Vətən müharibəsi ilə yazılan bu tarix Azərbaycanımızın inkişafı üçün möhkəm bünövrə olmaqla bərabər regionumuz üçün də dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Vətən müharibəsində iştirak etmiş Naxçıvandan olan hərbçilərə və Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinə yüksək qiymət verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
Martın 15-də şəhid ailələrinə və qazilərə mənzillərin, Vətən müharibəsi iştirakçılarına avtomobillərin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır”-fikirlərini xatırladaraq demişdir: İkinci Qarabağ müharibəsində Lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı.”
Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin Qafqaz regionu üçün əhəmiyyətini və bu kontekstdə Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzərə alınacaq perspektivini qeyd edib.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları kapitan Üzeyir Novruzov və baş leytenant Fariz Babayev döyüşlər barədə təəssüratlarını bölüşüb, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.
Tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim edilib.
Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.























































