Xəbər Lenti
Dünən, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Dünən, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Dünən, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
Dünən, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə müraciət edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə müraciət edib.
Bu barədə Mərkəzə istinadən bildirir.
“Biz sizin Rusiya və Ukrayna nümayəndələrini sülh danışıqlarının keçirilməsi üçün qəbul etmək təklifinizi qiymətləndiririk. Bakı bu cür müzakirələr üçün neytral məkandır və artıq hərbi insidentlərin qarşısının alınması üçün Rusiya və NATO nümayəndələrinin görüşünü qəbul edib. Biz ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və Bakı Avropanın İkinci Dünya müharibəsindən bəri üzləşdiyi ən böyük təhlükəsizlik böhranının tənzimlənməsində mühüm rol oynayacaq”, - məktubda deyilir.
Həmçinin, qeyd olunur ki, bu ağır humanitar böhranı dayandırmaq üçün bütün mümkün kanallardan istifadə etmək lazımdır.
“Biz artıq bunun dünyaya potensial faciəvi təsirini görürük, belə ki, İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın böhranı yaranır, eləcə də qlobal ərzaq təhlükəsizliyinə, qlobal enerji təchizatının stabilliyinə təhdidlər artır. Biz Ukrayna daxilində həyata çox ciddi təsirlər, mülki əhali arasında həlak olanlar və yaralananları, məcburi köçkünlərin artan sayını və aparıcı infrastrukturun, evlər və tibb müəssisələrinin dağılmasını görürük. Döyüşlər və artilleya zərbələri atom elektrik stansiyalarının yaxınlığında gedir ki, bu da böyük narahatlıq doğurur”, - məktubda vurğulanır.
Bildirilir ki, münaqişənin fəsadları ümumilikdə bütün dünya və xüsusilə, hər iki tərəfdən zərərçəkənlər üçün çox ciddidir.
“Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Rusiya ilə Ukrayna arasında nəticəyə yönəlmiş təcili dialoqa, hərbi əməliyyatların da dayandırılmasına çağırırıq. Vaxt əhəmiyyət kəsb edir. Həddən çox həyat itirilir. Həddən çox uşaq, qadın və digər günahsız insanlar evlərini tərk edir. Bu dəhşətli vəziyyət davam edə bilməz”, - məktubda deyilir.























































