Xəbər Lenti
Bugün, 10:29
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Bugün, 09:55
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 13:46
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 13:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 13:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 12:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 12:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 11:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 20:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 14:10
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Prezident iranlı naziri qəbul etdi
Prezident İlham Əliyev martın 11-də İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir və Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyid İbrahim Rəisiyə çatdırmağı xahiş edib.
Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb. Bu, dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirilib və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olunub. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edilib. Vurğulanıb ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.
Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirilib. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.























































