Xəbər Lenti
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Mart ayının ilk günləri bol yağıntılı olub - Umayra Tağıyeva
Mart ayının ilk 5 günündə düşən yağıntı aylıq normanın 25-50 faizini təşkil edib. Sanki mart fevralda olan yağıntı çatışmazlığını kompensasiya etməyə çalışır.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, mart ayının ilk günlərində Aralıq dənizi siklonu bol yağıntı gətirib. Ötən günlər ərzində düşən yağıntı Abşeronda 36 faiz, ölkənin şimalında isə aylıq normanın yarıdan çoxunu təşkil edib. Böyük və Kiçik Qafqazın dağ çaylarında suyun səviyyəsi 7-10 sm, Kürün yuxarı axında isə 26 sm yüksəlib.
“Təəssüf ki, güclü qərb küləyi də iz qoymadan keçməyib. Mart ayı həmişə qeyri-sabit havası ilə seçilib və dəfələrlə bizi günəşli isti hava ilə “aldadaraq” qəfil yaxalayıb. İlkin proqnozlara görə, bu ayın ikinci ongünlüyündə də hava şəraiti sürprizlərsiz keçməyəcək”.
Xidmət rəisi qeyd edib ki, yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağını gözləsək də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq. Temperatur hətta Abşeronda belə fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək.
U.Tağıyevanın sözlərinə görə, ikinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.























































