Menu
Xəbər Lenti
Bu rüsum 4 dəfə azaldılır
25-11-2026, 10:32

Bu rüsum 4 dəfə azaldılır

Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 10:40

Şahbaz Şərif Rusiyaya gedir

27 Noyabr 2026 13:24Manşet / Gündəm

“CAN BALA”DA SEVGİ ƏVƏZİNƏ HƏDƏ-QORXU: Bağça müdiri Nərgiz Namazovanın valideynlərə münasibəti ciddi suallar yaradır!

 

"Can bala"! - adı gözəl, özü bu adın yükünü daşımaq gücündə olmayan uşaq bağçasının adı. "Can bala" ifadəsi Azərbaycan türkcəsində körpəni secərək əzizləmə mənasını daşıyır. Bu adın arxasında mərhəmət, sevgi, qayğı, diqqət dayanır. Bağça gələcək nəsli psixoloji cəhətdən formalaşdıran müəssisədir. Belə ki, valideynlər uşaqlarının sosiallaşmaq, kollektivləşmək psixologiyasının yetişməsi üçün bağçanı seçirlər. Çox uzatmaq fikrimiz yox, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Can bala" adlı özəl bağçanın gənc müdiri Nərgiz Namazova ilə valideynlərin şikayətinə əsasən saxladığımız telefon əlaqəsində əmin olduq ki, bu xanım hələ bu mövqeni daşımağa hazır deyil. Bu barədə azacıq sonra. Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva bu sahəyə xüsusi həssaslıqla yanaşırlar. Körpələr və uşaqların psixoloji cəhətdən sağlam böyüməsi cəmiyyətin gələcəyi üçün əhəmiyyətli önəm daşıyır. "Can bala" uşaq bağçasında bütün priotetlər bunun əksini deyir. Müəssisənin müdiri Nərgiz Namazova söyləyir ki, bu bağçanın sahibi mənəm, burda mənim qanunlarım işləyir və valideynləri polisə şikayət etməsi ilə hədələdi. Hətta, Nərgiz Namazova iddia ilə istər prezidentə şikayət olunsun, mənim vecimə deyil, mən nə deyirəmsə odur söylədi. Əməkdaşımızı isə "sənin problemin var" deyərək təhqir etdi. Nərgiz Namazova bir şeyi bilmir ki, onun həqarətlə "bu valideynlər jurnalistləri üstümə qaldırıb" kəlməsinin məsuliyyəti böyükdür. Çünki, Ümummilli Liderimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev böyük ehtiramla "Mən bilmədiyim məlumatları Sizlərdən öyrənirəm, bütün bunlara görə Sizlərə minnətdaram" söyləyib. Valideynlərin şikayəti əsasında verilən məlumata Nərgiz Namazovanın aqressiv cavabı çox təəccüblüdür. Bütün bunları nəzərə alaraq aidiyyatı orqanlara sorğumuzu valideyn ərizələri ilə birlikdə göndəririk və məsələni diqqətimizdə saxlayırıq. Əks halda burda uşaq taleyindən, psixologiyasından söhbət gedir. Bu cür bağçaların fəaliyyətinə son qoyulması məqbul sayılmalıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xezertv.info