Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

04 Noyabr 2026 10:40Manşet / Dünya

ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı

 

İllərdir davam edən effektiv peyvənd kampaniyaları nəticəsində 2000-ci ildə qızılcanın tamamilə aradan qaldırıldığı elan edilən ABŞ-də xəstəlik yenidən epidemiyaya çevrilib.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, Nyu-York ştatının şimalındakı Lyuis dairəsində qızılcaya yoluxan bir uşağın həyatını itirməsi ilə ştatda son 30 ildə ilk dəfə bu xəstəlikdən ölüm faktı qeydə alınıb.

Nyu-Yorkun Demokrat qubernatoru Keti Hoxul baş verən faciəni Vaşinqtonun səhiyyə siyasəti ilə əlaqələndirib. Qubernator bildirib ki, bu hadisə amerikalıları qarşısı alına bilən xəstəliklərdən qorumaq istiqamətində onilliklər boyu əldə edilmiş irəliləyişlərin pozulmasının ağır nəticəsidir. O, keçən ay ştatda və qonşu ərazilərdə yoluxma hallarının kəskin artması səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan etmişdi.

Birləşmiş Ştatlar son 35 ilin ən kəskin qızılca epidemiyası ilə mübarizə aparır. Məlumatlara görə, artıq 47 ştatda 4 min 834 yoluxma faktı təsdiqlənib. Mütəxəssislər xəstəliyin bu dərəcədə təkrar alovlanmasını peyvənd əleyhinə təbliğatın artması və səhiyyə qurumlarına inamsızlıqla izah edirlər. Qızdırma, tənəffüs problemləri və səpgilərlə müşayiət olunan, pnevmoniya kimi ağır fəsadlar verən qızılca hər il dünyada minlərlə insanın həyatına son qoyur.