“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
“Bank Respublika” və “AccessBank” arasında strateji əqd uğurla tamamlanıb
“Bank Respublika” və “AccessBank” strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100%-ni əldə edib, “AccessBank”ın əvvəlki səhmdarları isə “Bank Respublika”nın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək bankın səhmdarları sırasına daxil olublar.
Əqdin başa çatması iki bankın maliyyə potensialını, peşəkar təcrübəsini və bir-birini tamamlayan biznes modellərini bir araya gətirərək onların inkişafında mühüm mərhələ olub. Növbəti mərhələdə hüquqi və əməliyyat baxımından birləşmə nəticəsində Bank Respublika brendi altında Azərbaycanın ən böyük banklarından biri formalaşacaq.
Birləşmə başa çatanadək hər iki bank mövcud brendləri altında fəaliyyətini davam etdirərək müştərilərə fasiləsiz xidmət göstərilməsini, müştərilər və tərəfdaşlar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsini təmin edəcək.
Birləşməyə hazırlıq çərçivəsində “AccessBank”ın İdarə Heyətinə Tariyel İsmayılov rəhbərlik edəcək və o, daha sonra birləşmiş bankın İdarə Heyətinin sədri olacaq. “Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Aslan Abbasova həvalə olunub.
Birləşmə bankın maliyyə mövqelərini möhkəmləndirməyə, biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməyə, əməliyyat səmərəliliyini artırmağa, rəqəmsal xidmət kanallarının inkişafını sürətləndirməyə və bank xidmətlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Əqdin başa çatmasını şərh edən “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
“Bu irimiqyaslı əqdin uğurla başa çatması Azərbaycanda əlverişli investisiya mühitinin, bank sektorunun dayanıqlılığının və beynəlxalq investorların onun perspektivlərinə etimadının göstəricisidir. Biz əminik ki, iki bankın potensialının birləşdirilməsi ölkənin maliyyə bazarının gələcək inkişafında mühüm addım olacaq.
Azərbaycan Mərkəzi Bankına, hər iki bankın səhmdarlarına, müştərilərimizə, tərəfdaş banklara, beynəlxalq maliyyə institutlarına və əqdin bütün iştirakçılarına proses boyunca göstərdikləri etimada, konstruktiv əməkdaşlığa və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”
Çağrı Mərkəzi: 144






















































