Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
Bugün, 10:05

Bu yollarda tıxac var

02 Noyabr 2026 09:51Manşet / Sosial

Göygöldə bələdiyyə binasında mühasibin meyiti tapıldı

 

Göygöldə bələdiyyə binasında meyit aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Çaykənd bələdiyyəsinin mühasibi 1961-ci il təvəllüdlü Sovda Orucovun meyiti iş otağında tapılıb.

Məlumata görə, 65 yaşlı şəxsin meyitini iş saatları başa çatdıqdan sonra həmkarları aşkar ediblər. İlkin ehtimala görə, bələdiyyə binasında işıqların sönmədiyini görən əməkdaşlar otağa daxil olublar.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev