Menu
Xəbər Lenti
Bu gün 5 matç var
Bugün, 10:30

Bu gün 5 matç var

Sürücülərin nəzərinə!
24-10-2026, 12:16

Sürücülərin nəzərinə!

28 Oktyabr 2026 09:50Manşet / Dünya

Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar

 

İsveç hökumətinin əməkdaşları həssas məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə iş kompüterlərində “ChatGPT” və “Claude” süni intellekt alətlərindən istifadəni dayandıracaqlar.

“Qafqazinfo”nun məlumatına görə, hökumətin açıqlamasında bildirilir ki, 2026-cı ilin əvvəlində aparılan araşdırma dövlət qurumlarında süni intellekt platformalarından istifadənin bəzi hallarda problem yarada biləcəyini üzə çıxarıb.

Qərar məxfi və həssas məlumatların emalı zamanı təhlükəsizlik risklərini azaltmaq məqsədi daşıyır.

Dövlət qulluqçularının süni intellekt alətlərindən daha sərt nəzarət və müəyyən edilmiş qaydalar çərçivəsində istifadə etməsinə icazə veriləcək. Məhdudiyyətlərin bu həftədən qüvvəyə mindiyi bildirilir.

Məlumata görə, Vergi Agentliyində və Milli Qayğı Şurasında da “ChatGPT” və “Claude” istifadəsinə məhdudiyyətlər tətbiq olunub.