Menu
Xəbər Lenti
20 Oktyabr 2026 13:14Manşet / Gündəm / Sosial

Dünya belinə kəmərdi yol...

 

Bu dünyaya yüngül gəlib ağır gedənlərin hekayəsi...


AbşeronRayon İcra Hakimiyyətinin başçısı Abdin Ələsgər oğlu Fərzəliyevin keçdiyi şərəfli fəaliyyət yoluna həsr olunur...


Yol ilə bir oğlan irəliləyirdi.Nə yerişi, nə görkəmi ilə heç kəsin diqqətini cəlb eləmirdi.


Hiss olunurdu ki, tələsir, bütün varlığı ilə öz dünyasına qapılıb. Ümid dollu baxışları gələcəkdə, cox illər sonrada qanad çalırdı.


Fərdin dünyadərkini, insanlara, cəmiyyətə, həyata münasibəni bir şəxsiyyət olaraq formalaşıb kamilləşməsinin mürəkkəb prosesini hadisələr burulganında yetkinləşən xarakterininbədii təsvirini göstərmək üçün  həyati mücadilələr, zəhmət böyük imkanlar açır.


Həmin imkanların gözəlliyi səmimiyyət və etibardan doğmalıdlr ki, həyat mücadilələrinin nəticəsi yazılacaq “Ömür kitabı”nın tərcümanına çevrilə bilsin.


Bitkin, dolğun, mənall bir “Ömür kitabı”... İnsan keçdiyi ömür yolunun mənalılığına öncə özünü, sonra onu tanıyanları inandıra bilsin.


Atdığı hər addımın ali məqsədini dərk etdirməyi bacarsın. Bu xarakter cizgiləri isə ağrıya-ağrıya kamilləşən insanların böyüklüyüdür.


Bu isə həyatla, zamanla məqsəd-məram arasında əlaqə bağlarını tapanlarda üzə çıxır.


Abdin Ələsgər oğlu Fərzəliyev...


Azərbaycanın siyasi ictimai həyatında axtarışlar prosesində zaman və illər ərzində ardıcıl şəkildə bu əlaqə bağlarının yeni-yeni ilmələrini həm yaratmış, həm artırmış bir insan...


Zəruri giriş:


Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.


Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır.


1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-biologiya" fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışmışdır.


1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.


1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.


1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır.


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fərzəliyev Abdin Ələsgər oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.        


Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.


1993-cü ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir.


Məşhurları ilə bütün dünyada şöhrətlənən bu günün Azərbaycanı. Azərbaycan ilk növbədə özünün tarixi şəxsiyyətləri ilə söz, saz, qəhrəmanlıq dastanları, zəngin yeraltı, yerüstü sərvətləri, şəfalı, səfalı təbiəti ilə dillər əzbəridi.


Ona görə də bu gözəllik, sərvət, Tanrıdan peşkəş bu xəzinə idi gözü oxlanmış düşmənin gözlərini ovan.


 

Yağıların ayağının altında,


İnildəyən torpağım ooy, dağım oyy...


Sızım sızım sızıldayan bulağım,


Viran olmuş gülşənim ooy, bağım ooy...


 

Mayasında, qanında Türkçülük, Azərbaycançılıq havasının saflığını, təmizliyini daşıdığı üçün, məhz bu amil Abdin Fərzəliyevi mükəmməl şəxsiyyətə çevirdi.


Bu torpaqdan, qana keçən təmizlik, səmimiyyət, saflıq onu başqalaşdıra bilmədi. O, həm də bir müəllim oğlu idi. Dahilərin hikmətli sözlərinə söykənəndə, görüb götürdüklərimizi xəlbirdən keçirdikdə görürük ki, qonağı olduğumuz bir ucu gəlimli, bir ucu ölümlü dünyamız bir növ teatrdı.


Hər kəsin bu dünya teatrda öz gəlişi, öz gedişi, öz rolu və sözü var.


Bir az da dərindən düşünəndə görürsən ki, dünya bir məktəbdir.


Elə məktəb ki, çoxlarımız ilkin və psixoloji dərslərimizi elə buradaca alır, bərkiyə bərkiyə mükəmməlləşirik.


Kimisi bu dərsləri uğurla, kimisi isə aşağı qiymətlərlə  başa vurur.


Həyat qaynayan əməllər, fikirlər təşnəsidir.


Müqəddəs olan hər şey-Sevgi, Eşq, Namus, Qeyrət, Vətənsevərlik, Sədaqət... kimi bəşəri tanrılara elə buradaca tapınırıq.


Onun-Abdin müəllimin həyat yolunun başlangıcı zəhmətdən başlayıb.


1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır.


Həyat yolunu zəhmətdən başlayan insanlar heç vaxt zəhmət, əməkçi insanlara kəm gözlə baxmaz. Zəhmətin nə olduğunu bilənlər zəhmətkeşə layiqli qiymət verə bilər.


Abdin müəllim məhz bu qəbildən olan insanlardandı ki, əmək, ictimai, siyasi və rəhbər vəzifə pilləsinədək necə vardısa, eləcə də qaldı. Onu nə mövqeyi, nə tutduğu vəzifələri dəyişə bildi.


Belə qəbildən olanlara  “xalqın adamı” titulunu məhz xalqın özü verir.


Görəsən, hansı böyük təltiflər, medallar, statuslar xalq etimadından, etibarından, etiramından üstün ola bilir?!


Bunlar hamısı gəldi-gedərdi, xalq sevgisi, məhəbbəti isə əbədiyaşardı. Bu haqqı isə Abdin Fərzəliyev öz dəyərli fəaliyyəti və əxlaq modeli ilə qazana bildi.


Onun sonrakı həyat fəaliyyətində də əmək, zəhmət çalarları öz silinməz yerini tutdu. Həyat fəaliyyətindən bəllidir ki, bu fəaliyyətin mayasında böyük zəhmət, yuxusuz gecələr dayanır.


Zəhmət adlı anlamın sehri barədə çoxlu filosofanə sözlər deyilib, deyilir və deyiləcək də...


Etiraf etməliyik ki, zəhmət anlamı, onun məna tutumu, təlqin, tərbiyə qüdrəti söylənən təriflərin hamısına layiqdi.


Abdin Fərzəliyev kimi insanlardı bu gün bu zəhmətin halallığını alaraq yaşayırlar.


Vətənin, xalqın etimad və etibarını qazanaraq doğmalıq pilləsinə ucalırlar.


Abdin müəllim ilk olaraq xalqın etibar xəlbirindən keçə-keçə bu doğmaya çevrilmişdir.


İnsanlıq borcu...

Etibarlı olmağın ən başlıca əlamətini xalqı, eli obanı öz içindən keçirərək onu öz doğması kimi görənlərdə müşahidə etmək olur. Biz isə mübaliğəsiz deyə bilərik ki, Abdin müəllim  elin-obanın, onu tanıyıb bilənlərin etibarını qazana bildi. İlk baxışdan bu fikir bəsit görünə bilər.


Mənanın əsas cövhəri  ondadı ki, bu fikrin  açılmasına ehtiyac var.


Xalqın, elin məhəbbətini qazanmaq nə deməkdi? “Hörmət”, “Diqqət” ... və sairələrdən bu dediyimiz “məhəbbət” nə ilə fərqlənir?


İlk növbədə el məhəbbətini qazanan insan “Azərbaycan xalqı” adlanan toplumun doğmasına çevrilir.


Abdin Fərzəliyevin birinci xoşbəxtliyi ondadır ki, o, xalqın içindən doğulub.Heç bir zaman xalqından ayrı düşməyib. Bu mürəkkəb həyat yolunda onun yeganə bələdçisi Tanrıdan payına düşən vergi-ləyaqəti olub. Bu onu yaşadıb, şöhrətləndirib, fəaliyyətində nurlu bələdçisi olub. Çünki o, xalqına doğmalıq  yolu ilə irəliləyib. Abdin müəllim şəxsiyyətini heç zaman boş, ötəri, dəyəri olmayan işlərə sərf eləməyib.


Keçək əsas meyar olan etibara. İctimai insan üçün vacib olan dəyər anlamına. Həyatda etibarı qazanmaq üçün uzun yol qət eləməlisən. Etibar dediyimiz şəxsiyyəti bəlli edən bu ölçü meyarını qazanmaq çətin, itirmək üçün isə bir yanlış addım, bəlkə də yerində deyilməyən bir kəlmə bəs edir.


Tanrı qorusun!...

Kədərli olsa da, qeyd etməliyik ki, Azərbaycan müstəvisində  elə şəxslər var , fəaliyyət statusları ilə çox yüksəkdə olsalar da, etibar mənasında heç insanlığın kandarında da deyillər.


Xalq etibar etdiyi övladlarından çox şey umur. Birbaşa tələblərə gəldikdə etiraf etməliyik ki, Abdin Fərzəliyev icra başçısı olduğu müddətdə həmin statusu bu günədək ləyaqətlə doğruldub.


El arasında Abdin Fərzəliyevi “xeyirxah, mərhəmətli, əl tutan” insan kimi tanıyırlar. Bu kəlmələr isə elə-belədən yaranmayıb. Xalq məhəbbəti özü-özlüyündə bərəkətlidir. Bu bərəkət isə xalqın inamından qaynaqlanır. Burdan bir nəticə çıxır, hər bir üzdə olan insan xalqına, xalq isə öz növbəsində umduğu, küsdüyü insana möhtacdır. Bütün bunları anlamaq üçün nə gərgin mübahisələrə, nə də ki, mövqelərin qütbləşməsinə ehtiyac vardır. Hər bir şəhid ailəsində onun xüsusi hörməti duyulur. Çünki, Abdin müəllim onların dərdini öz şəxsi dərdi kimi qəbullanır. Hər zaman onların yanındadır, onların dərd ortağıdır...


Elin sevimlisi, gözəl insan, məsuliyyətli vətəndaş, xalqın etibarlı adamı Abdin müəllimin həyat və fəaliyyəti bir nümunə misalı ilə qarşımızdadı.


Doğuluşunu Şərur rayonunun Həmzəli kəndindən başlayaraq həyat yolunu, ictimai fəaliyyətini Abşeronda ləyaqətlə davam etdirən Abdin Fərzəliyevi Azərbaycan yetişdirib.


Onun varlığı, fəaliyyəti qırılmaz tellərlə Azərbaycançılıq, dövlətçilik ənənələrinə bağlıdır. Bu onun Tanrıdan yazılan tale yoludur. Tanrı tərəfindən hər an sevilən, insanlara isə daim gərəkli olasınız. Bu isə heç nə ilə əvəz olunmayan xoşbəxtlikdir...


Hürü Hacızadə

 Yazıçı-publisist

 “Qızıl qələm” mükafatçısı

 

 Fərid Faiq oğlu Səfərov

“Qızıl qələm” mükafatçısı

 AJB-nin üzvü