ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
69 ölkədən tarixi qərar
69 ölkənin nümayəndələri “sıçrayış saniyəsi”nin ləğvi və onun əvəzinə “sıçrayış saatı” sisteminə keçidlə bağlı qərarı dəstəkləyiblər.
“Qafqazinfo” xəbər verir ki, qərar Fransada Beynəlxalq Çəki və Ölçü Bürosunun (BIPM) keçirdiyi konfransda qəbul edilib.
1972-ci ildən tətbiq olunan “sıçrayış saniyəsi” Yer kürəsinin fırlanma sürətindəki dəyişiklikləri nəzərə almaq üçün universal vaxta əlavə saniyə daxil edilməsinə və ya saniyənin çıxarılmasına imkan verirdi. Lakin bu üsul kompüter sistemlərində, peyk naviqasiyasında və maliyyə bazarlarında texniki problemlər yarada bildiyinə görə mübahisələrə səbəb olub.
Yeni yanaşma saniyəlik düzəlişlər əvəzinə daha uzun müddəti əhatə edən vaxt tənzimlənməsini nəzərdə tutur. “Sıçrayış saatı”nın nə vaxt tətbiq ediləcəyi hələ müəyyənləşdirilməyib. Mütəxəssislər bu dəyişikliyə ehtiyacın yaranmasının min illər çəkə biləcəyini bildirirlər.
Qərarın məqsədi vaxt hesablamalarını sadələşdirmək və rəqəmsal sistemlərdə nasazlıq riskini azaltmaqdır. Bununla belə, bəzi mütəxəssislər yeni yanaşmanın qlobal vaxt standartlarında uyğunsuzluq yarada biləcəyindən narahatdırlar.
Dəyişiklik insanların gündəlik həyatda saatlardan istifadəsinə birbaşa təsir etməyəcək. Əsas yenilik rabitə, peyk naviqasiyası, maliyyə bazarları və dəqiq vaxt hesablamalarından asılı olan digər sistemlərə aiddir.























































