Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
Cəbrayılda minaya düşən ata və oğul Aprel döyşləri şəhidinin ailə üzvləridir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Dağmaşanlı kəndi ərazisində baş verən iki mina hadisəsində xəsarət alan şəxslərin şəhid Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub.
Belə ki, minaya düşərək xəsarət alan 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun qardaşı, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov isə atasıdır.
Məlumata görə, Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oğlunun hadisə zamanı xəsarət aldığını öyrənən Əşrəf Qəhrəmanov daha sonra həmin əraziyə gedib. Bu zaman o da piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Qeyd edək ki, Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.























































