Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“7 aylıq hamilə olduğumu biləndə mənimlə müqavilə bağlamadılar” - Açıqlama
“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 77,5 bal toplamışam və Masallı rayonu Qızılağac kənd 1 nömrəli məktəbə qəbul olunmuşam. Təyinat verilsə də, məktəb mənimlə müqavilə bağlamır”.
Bu şikayətlə “Qafqazinfo”ya ibtidai sinif müəllimi Nəzərova Zərxanım Əziz qızı müraciət edib.
Vətəndaş iddia edir ki, buna səbəb hamilə olmasıdır: “Hazırda 7 aylıq hamiləyəm. Bunu biləndə mənimlə müqavilə bağlamaqdan imtina etdilər”.
Problemlə bağlı Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə ünvaladığımız sorğuya belə cavab aldıq: “Adıçəkilən namizəd Masallı rayonu Qızılağac kəndi Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə müddətli vakant yer üzrə zəng mərhələsində dəvət olunsa da, araşdırma zamanı namizədin 7 aylıq hamilə olduğu, eləcə də tədris ili başladıqdan qısa müddət sonra hamiləliyə və doğuşa görə uzunmüddətli sosial məzuniyyətə ayrılacağı məlum olub.
Bildiririk ki, MİQ üzrə müsabiqədə elektron yerləşdirmə mərhələsindən sonra boş qalan vakant yerlərin tədris ilinin sonuna qədər müddətli əsaslarla tutulması zərurəti yaranır. Bu zaman zəng mərhələsində müvafiq namizədlərlə əlaqə saxlanılır. Qeyd edilən vakant yerin tədris ilinin sonuna qədər tutulması üçün də Nəzərova Zərxanım Əziz qızı ilə zəng vasitəsilə əlaqə saxlanılıb.
Əmək müqaviləsinin işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında bağlandığını nəzərə alaraq, məktəbin direktoru işəgötürən kimi, ibtidai siniflərdə tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, şagirdlərin tədris proqramından geri qalmasının qarşısının alınması və dərs yükünün davamlı şəkildə təşkil olunması məqsədilə əmək müqaviləsinin bağlanmaması barədə öz səlahiyyətləri çərçivəsində qərar qəbul edib”.
Məktəbdən həmçinin bildirilib ki, tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə həmin məktəbə zəng mərhələsindən dərhal sonra tədris prosesini fasiləsiz davam etdirəcək digər müəllim yönləndirilib.
Gülnar Əliyeva























































