Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə "Açıq Məktub"
Möhtərəm cənab prezident!
Bildiyiniz kimi bu ilin yanvar ayında paytaxtın Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovu vəzifəsindən azad etmisiniz və həmin vaxtdan 28 sentyabr 2026-cl il tarixinə kimi Qaradağ rayonunda rayon icra hakimiyyətinin başçısı vəzifəsi boş qalmışdı.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyev bu boşluqdan məharətlə istifadə edərək təxminən iki ay əvvəl paytaxtın Nizami rayonunda "xüsusi birliy"in rəisi olan Emin Talıbovu Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin etdirib.
İcazənizlə diqqətinizə çatdırım ki, Emin Talıbov Qaradağ rayonunda vəzifəsinin icrasına başladığı ilk gündən nəinki Sizin məmurlara ünvanlamış olduğunuz tövsiyə və tapşırıqlarınıza əməl etmir hətta bir məmur olaraq öz vəzifələrini də qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirmir və ona etimad olunan vəzifəni bir "Atamanlıq" ab-havasında icra edir...
Bəli, məhz bu səbəbdən də Emin Talıbovun təyinatından sonra Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti ilə bağlı ayrı-ayrı vətəndaşlar arasında bir sıra narazılıqlar yaranıb.
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətindən narazılıqla bağlı redaksiyamıza daxil olan bir müraciətlə əlaqədar mən özüm 28 sentyabr 2026-cı il tarixində Emin Talıbovun qəbuluna düşmək üçün təşəbbüs göstərdiyim zaman Emin Talıbov məni qəbul etməyərək mühəndisi otağına çağırdı və mühəndislə ismarıc göndərərək mənə çatdırdı ki, rəis deyir ki, "mən jurnalistləri qəbul etmirəm!".
Möhtərəm cənab prezident!
İstər Ümummilli Dahi Liderimiz əbədi yaşar Heydər Əliyevimiz istərsə də şəxsən Siz özünüz hər zaman mətbuatın dostu olmusunuz və bugün də biz Sizin mətbuata doğma münasibətinizin şahidiyik. Əlbəttə ki, Sizin rəhbərliyiniz altında Prezident Administrasiyasının yüksək vəzifəli məmurlarının, ayrı-ayrı nazirlərin, millət vəkillərinin, komitə sədrlərinin, və icra hakimiyyəti başçılarının mətbuat nümayəndələri ilə səmimi görüşlərini də danmaq olmaz və əlbəttə ki, həmin insanların vəzifə və səlahiyyətləri Emin Talıbovun vəzifəsindən və səlahiyyətlərindən qat-qat yüksəkdir.
Əsası Ümummilli Dahi Liderimiz həmişəyaşar Heydər Əliyevimiz tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası bugün tam demokratik hüquqi dövlətdir və bugün məhz Sizin demokratik idarəçiliyiniz sayəsində ölkəmizdə azad mətbuat mövcuddur.
Təəssüflər olsun ki, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Emin Talıbov bugün "mən jurnalistləri qəbul etmirəm!" deməklə və mətbuatı aşağılamaqla Sizin ölkəmizdə yaratmış olduğunuz demokratik mühitə kölgə salmağa çalışır. Əlbəttə ki, "mən jurnalistləri qəbul etmirəm!" deyən bir məmurun o vəzifədə oturmağa haqqı yoxdur.
İmza: Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri
29 Sentyabr 2026-cı il.























































