Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
“Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində səfərdə Litva yığması ilə 1:1 hesablı heç-heçə edib.
“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan sonra fikirlərini bölüşüb:
“Bu gün bizim üçün Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Vətən müharibəsində iştirak edən, dövlətimizin suverenliyi uğrunda canından keçən hər bir şəhidimizə minnətdarıq.
Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi. Onlara təşəkkür edirəm. İlk dəqiqədən sonadək mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkür edirəm, səfərdə olduğumuzu hiss etdirmədilər. Bu dəstək futbolçularımız üçün çox önəmlidir.
Litvadan gözlədiyimiz oyunu gördük. İlk dəqiqələrdən təzyiq göstərdilər. Ani səhvdən sonra qol buraxdıq. Penalti epizodu sual doğurur, çünki epizoddan əvvəl Emilin ayağına müdaxilə var idi. Təəssüf ki, VAR-dan qərar gəlmədi. Qol buraxmağımıza baxmayaraq, oyundan çəkinmədik.
Mahir Emrelinin qolu bizə ikiqat sevinc yaşatdı. Bundan sonra təşəbbüs tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə, xüsusilə 70-ci dəqiqəyədək oyuna nəzarət etdik.
Təəssüf ki, matçın sonunu istədiyimiz kimi tamamlaya bilmədik, bəzi epizodlarda tələsdik.
Səfərdən bir xalla qayıtmağımız sevindiricidir. Üç gündən sonra bizi ağır oyun gözləyir. Evdə əvvəlcə Lixtenşteynlə, daha sonra isə Litva ilə qarşılaşacağıq. Komanda olaraq qələbə qazanacağımıza inanırıq”.






















































