Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
ABŞ-li neyroalimlər siçanların beynində funksional insan hüceyrələrinin inkişaf etməsinə nail olublar. Tədqiqatçılar bu üsulun yalnız insanlarda müşahidə olunan psixiatrik və neyroinkişaf xəstəliklərinin araşdırılması və potensial müalicələrinin sınaqdan keçirilməsi üçün yeni imkanlar yarada biləcəyini düşünürlər.
Sehiyye.info xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmada alimlər siçan beyninin bir hissəsini insan hüceyrələri ilə əvəzləyərək, onların heyvanın mövcud beyin və onurğa beyni sistemləri ilə əlaqə yaratmasını təmin ediblər.
Tədqiqatın müstəqil etik nəzarət altında aparıldığı bildirilib.
Alimlərin əsas məqsədi hazırda effektiv müalicəsi olmayan beyin xəstəliklərinin biologiyasını daha yaxşı anlamaqdır. Bəzi xəstəlikləri siçanlar üzərində öyrənmək mümkün deyil, çünki həmin xəstəliklər gəmiricilərdə təbii şəkildə inkişaf etmir.
Stanford Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi Sergiu Paşka bildirib ki, psixiatriya klinik tədqiqatlarda ən aşağı uğur göstəricilərinə malik sahələrdən biridir.
“Hətta klinik mərhələyə çatan və heyvan modellərində, həqiqətən, yaxşı işlədiyi sübut edilmiş dərmanlar belə klinikada kəskin şəkildə uğursuz olur”, - Paşka deyib.
Onun sözlərinə görə, bu vəziyyət insan biologiyası barədə hələ çox şeyin məlum olmadığını göstərir.
Tədqiqatçılar yeni modelin epilepsiya, autizm və serebral iflic kimi mürəkkəb xəstəliklərin öyrənilməsində mühüm imkanlar yarada biləcəyini qeyd ediblər.
“Burada insan beyninin funksiyasının bəzi aspektlərini əvvəllər mümkün olmayan şəkildə öyrənməyə imkan verən yeni bir modelimiz var”, - Paşka bildirib.
Tədqiqatın ilk mərhələsində alimlər siçanları genetik olaraq dəyişdirərək onların beyin qabığının, yəni korteksin, demək olar ki, tam formalaşmamasını təmin ediblər. Korteks beynin xarici təbəqəsidir və daha yüksək səviyyəli düşüncə, yaddaş və hisslərin formalaşmasında mühüm rol oynayır.
Daha sonra tədqiqatçılar insanlardan götürülmüş dəri hüceyrələrini yenidən proqramlaşdıraraq beyin toxumasına bənzər hüceyrə qruplarına çeviriblər. “Orqanoid” adlandırılan bu strukturlar tam formalaşmış beyin deyil, laboratoriya şəraitində yetişdirilən bir-biri ilə əlaqəli canlı hüceyrə icmalarıdır.
Alimlər həmin orqanoidləri siçanların beyninə implantasiya ediblər. İnsan hüceyrələri zamanla siçanın mövcud beyin dövrəsinə inteqrasiya olunaraq həm beynin, həm də onurğa beyninin digər hissələri ilə əlaqə yaradıb.
Tədqiqatçılar vurğulayıblar ki, ortaya çıxan heyvanlar “insan kimi düşünən siçanlar” deyil. İnsan hüceyrələrinin yaratdığı korteksin quruluşu da normal insan beynindəki kimi mükəmməl deyil.
Neyroalim İlari Allodinin sözlərinə görə, insan-siçan beyinlərinin görüntüləri “bir az qarışıq” görünür. Buna baxmayaraq, bir neçə aydan sonra insan hüceyrələri siçan beyninin xarici təbəqəsinə bənzər şəkildə təşkil olunmağa və fəaliyyət göstərməyə başlayıb.
Əməliyyatdan təxminən altı ay sonra alimlər siçanların davranışlarını da müşahidə ediblər. Tədqiqatçılar heyvanları kiçik masaüstü arenada müxtəlif testlərə cəlb ediblər.
Paşkanın sözlərinə görə, siçanlar testlərdə, əsasən, adi siçanlara bənzər nəticələr göstəriblər.//Qafqazinfo























































