VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub.
Lakin həkimlər döş qəfəsinin rentgen müayinəsi zamanı ürək nahiyəsində şübhəli kölgə görüblər.
Əlavə müayinələr nəticəsində xəstənin sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində də metal yad cisimlərin olduğu müəyyənləşdirilib.
Məlum olub ki, 36 millimetrlik iynə ürəyi əhatə edən maye kisəsini deşərək, uc hissəsi sol mədəciyin boşluğuna doğru uzanıb.
Hunan Əyalət Xalq Xəstəxanasının həkimləri iynənin ürəkdə hərəkət etməsi, toxumaların zədələnməsi və infeksiya riskinin qarşısını almaq üçün əməliyyat aparmaq qərarına gəliblər. Cərrahlar əvvəlcə ürəkdəki, daha sonra isə sidik kisəsindəki digər iynələri çıxarıblar.
İynələrin xəstənin bədəninə necə daxil olduğu dəqiq müəyyən edilməyib. Həkimlər bunun qəsdən özünə xəsarət yetirmə ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Xəstənin tibbi tarixçəsində də oxşar hadisənin olduğu üzə çıxıb. İki il əvvəl onun qarın nahiyəsindən iynəyə bənzər iki metal əşya çıxarılıb.























































