Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

10 Sentyabr 2026 09:47Manşet / Dünya

Filippində gəmidə yanğın - 5 nəfər öldü

 

Filippinin Palavan əyalətində “MV June Aster” sərnişin bərəsində baş verən yanğın nəticəsində azı 5 nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Filippin Sahil Mühafizəsinin yaydığı məlumata görə, hadisə sentyabrın 9-u axşam saatlarında qeydə alınıb.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində 42 nəfər xilas edilib.

“GMA News” telekanalının məlumatına əsasən, faciəvi hadisə zamanı gəminin göyərtəsində ümumilikdə 117 sərnişin və 17 heyət üzvü olub.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.