Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

06 Sentyabr 2026 11:47Manşet / Dünya

İsrail Livana cavab zərbələri endirib

 

İsrail Müdafiə Qüvvələri iki pilotsuz uçuş aparatının iştirakı ilə həyata keçirilən hücuma cavab olaraq Livanın cənubuna zərbələr endirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında bildirilib.

İsrail ordusunun məlumatına görə, “Hizbullah” tərəfindən buraxılan PUA-lar Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən mövqeləri hədəf alıb. Hərbçilər atəş açaraq PUA-lardan birini vurub salıblar.

İsrail ordusu hazırda cənubda zərbələr endirdiyini bildirib. Açıqlamada qeyd olunub ki, PUA hücumu zamanı İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.