Menu
Xəbər Lenti
Salam, azad Laçınım!
Dünən, 17:17

Salam, azad Laçınım!

27 Avqust 2026 11:44Manşet / Gündəm / Kriminal

DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq

 

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.