MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı
Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən "Papa mojet" sosislərində salmonella aşkar edildiyi iddia olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən məhsulu nəzarətə götürüb.
Yekun nəticə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, cari ilin ötən dövrü ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı "Ostankino" ət emalı müəssisəsindən idxal olunan məhsullarda, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib:
"Ət və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir. Bu məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları təqdim etsin. Məhsullar idxal olunduqdan sonra onlar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.
Fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqatlarına (sınaqlarına), habelə sadə fiziki-kimyəvi analizlərə cəlb olunmaqla təhlükəsizlik göstəriciləri, o cümlədən salmonella, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər baxımından yoxlanılır. Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ölkəyə idxal olunan və dövriyyədə olan məhsulları daim nəzarətdə saxlayır", - deyə cavabda qeyd edilib.






















































