Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İran tarixi sazişə dəvət edilib
İran bir müddət əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiəyə dair imzalanan “Məkkə sazişi”nə qoşulmağa dəvət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rahimi “Al Mayadeen” telekanalına müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, İran rəhbərliyi hazırda bu təklifi nəzərdən keçirir.
Bununla belə, məlumat hələ İran Xarici İşlər Nazirliyi və saziş ölkələri tərəfindən təsdiq olunmayıb.
Xatırladaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni avqustun 7-də imzalayıb. Sənədə əsasən, saziş iştirakçılarından birinə hücum hər üç ölkəyə hücum kimi qəbul ediləcək. Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi Misirin sazişə qoşulmasına razı olmayıb. Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu sazişi dəstəkləyib.























































