“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
“Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
Xəbər verdiyimiz kimi, Nurani imzası ilə tanınan jurnalist, siyasi analitik Tofiqəxanım Qasımova uzunsürən xəstəlikdən sonra vəfat edib.
“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu ötən ay jurnalistin xəstəliyi ilə bağlı xəbər yayılan ərəfədə onunla bağlı maraqlı xatirəni sosial şəbəkə hesabında bölüşmüşdü.
“Qafqazinfo” xəbər verir ki, həmin paylaşımda 2021-ci ildə Şuşaya ilk kollektiv səfər zamanı Prezident İlham Əliyevin Cıdır düzündə Nurani xanıma özünün yaxınlaşaraq söhbətləşdiyi bildirilib.
“Paylaşdığım bu foto 2021-ci ilin mayında, Şuşaya ilk kollektiv gediş zamanı Cıdır düzündə çəkilib. O zaman Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə jurnalistlərlə söhbət edərkən bir kənarda sakit dayanmış Nurani xanıma özü yaxınlaşdı, salamlaşdı və “sizi dəvətlilərin siyahısına şəxsən mən özüm əlavə etdim. Yazılarınızı, şərhlərinizi oxuyuram və bəyənirəm” dedi.
Bu barədə o zaman Şuşadan yazdığım reportajımda, canlı olaraq “TV Musavat”a verdiyim müsahibəmdə də qeydlərim var. Həm Prezident, həm də birinci xanım səviyyəsində yazara, jurnalistə, onun yaradıcılığına verilən qiymətdir bunlar!”, - R.Arifoğlu qeyd edib

Qeyd edək ki, Nurani Qasımova müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo”, “Exo” nəşrlərində çalışıb. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.























































