“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib
Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub.
“Qafqazinfo” “El Espectador” nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsində qeydə alınıb. Zəlzələ ölkənin paytaxtı Boqota ilə yanaşı, Pereyra və Manisales şəhərlərində də güclü hiss olunub. Sakinlər kütləvi şəkildə binaları tərk edərək küçələrə axışışblar.
Çoko Fövqəladə Halların İdarə Olunması Agentliyinin son məlumatına görə, azı 10 nəfər yaralanıb, 3 nəfər isə itkin düşmüş hesab olunur. Departamentin mərkəzi Kibdo şəhərində bir neçə yaşayış evi və tikili çöküb, infrastruktura ciddi ziyan dəyib.
Fəlakətdən ən çox zərər çəkən ərazilərdən biri də Kali şəhəridir. Şəhər meri Aleksandro Eder 19 binanın ciddi zədələndiyini və dağıntılar altında insanların qaldığını açıqlayıb:
“Boqota və Medelyindən xilasedicilərin köməyini xahiş etmişəm. Ən azı 19 bina çöküb, dağıntılar altında insanlar var. Bütün xilasetmə qrupları döyüş hazırliğı vəziyyətinə gətirilib”.
Bundan əlavə, təbii fəlakət nəticəsində magistral yollarda güclü torpaq sürüşmələri baş verib. Fresno – Manisales şosesi tamamilə bağlanıb.
***
Zəlzələ nəticəsində ölənlərin sayının 30-u ötdüyü bildirilir.
Bu barədə Pereyra şəhərinin meri Maurisio Salasar “Caracol” radiostansiyasının efirində bildirib.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.
***
Zəlzələ nəticəsində azı 132 nəfər ölüb, daha 570 yaralı var.























































