Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Özü qolf oynadı, raketlər onu qorudu
ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə “AN/TWQ-1 Avenger” yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “War Zone” portalı məlumat yayıb.
Məlumata görə, son günlərdə sosial şəbəkələrdə Trampın qolf oynadığı zaman arxa planda tikanlı məftillərin və zenit-raket komplekslərinin aydın göründüyünü əks etdirən fotolar yayılıb. Ən son kadrlar isə ABŞ lideri ötən həftəsonu Nyu-Cersidəki qolf meydançasında “LIV Golf” turnirinin finalında iştirak etdiyi zaman çəkilib.
Ağ Ev administrasiyasının nümayəndələri fotoların həqiqiliyini, Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) isə dövlət başçısının qorunması məqsədilə “Avenger” komplekslərindən istifadə edildiyini təsdiqləyiblər.
Qeyd edək ki, ötən həftəsonu F-16 qırıcılarının Trampın olduğu Bedminsterdəki qolf klubu üzərindəki uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəninin uçuşuna mane olduğuna dair xəbərlər yayılıb.























































