ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Araz Əhmədov haqqında danışanlara bir sözüm var: əvvəl tanıyın, sonra danışın!
Son müddət ərzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov haqqında müxtəlif düzgün olmayan fikirlərin səsləndirilməsinin şahidi oluruq. Məni təəccübləndirən isə odur ki, bu fikirləri səsləndirənlərin bir qismi nə Araz müəllimi yaxından tanıyır, nə onunla görüşüb söhbət edib, nə də Masallıda görülən işləri yerində qiymətləndirir. Mən isə bir media nümayəndəsi kimi Araz Əhmədovu şəxsən tanıyıram. Özüm onun qəbulunda olmuşam, görüşmüşəm, söhbət etmişəm. Ona görə də gördüyüm və şahidi olduğum məsələlərə əsaslanaraq münasibət bildirirəm. Araz müəllimin fəaliyyətində ən çox diqqət çəkən məqamlardan biri insanlarla birbaşa təmasda olmasıdır. Şəhid ailələrinin yanında olması, qazilərlə görüşməsi, imkansız və aztəminatlı ailələrin problemləri ilə maraqlanması, ehtiyacı olan insanlara dəstək göstərməsi göz qarşısındadır. İndi kimsə oturduğu yerdən Masallıya aidiyyəti olmayan fikirlər yazırsa, mən ona bir sual verirəm: Masallıya gəlib Araz Əhmədovla görüşmüsünüzmü? İcra hakimiyyətinə müraciət edib qəbulunda olmusunuzmu? Şəhid ailələrinin, qazilərin, aztəminatlı insanların yanında görülən işləri öz gözünüzlə görmüsünüzmü? Əgər bunların heç birini etməmisinizsə, hansı əsasla hökm verirsiniz? Tənqid etmək hər kəsin haqqıdır. Mən də hesab edirəm ki, haqq olan yerdə kim nə deyirsə desin, haqq öz sözünü deməlidir. Amma əsassız ittiham, böhtan və qərəzli yanaşma tənqid deyil. Bir insanın fəaliyyətini qiymətləndirmək üçün onun haqqında eşitdiyiniz sözlərə yox, gördüyünüz işlərə baxın. Masallıda görülən işlər göz qabağındadır. İnsanlarla görüşlər, sosial məsələlərə diqqət, şəhid ailələri və qazilərlə əlaqələr, ehtiyacı olan ailələrə göstərilən köməkliklər — bunlar artıq söz deyil, nəticə ilə ölçülən məsələlərdir. Mən heç kimin fanatı deyiləm. Mən gördüyümü yazıram, bildiyimi deyirəm. Araz Əhmədov haqqında müsbət fikir bildirirəmsə, bunun səbəbi onunla görüşməyim, fəaliyyətini müşahidə etməyim və Masallıda görülən işləri görməyimdir. Ona görə də Masallı haqqında danışanlara məsləhətim budur: Əvvəl gəlin, görün, araşdırın, insanlarla danışın, Araz müəllimlə görüşün. Sonra yazın. Çünki uzaqdan daş atmaq asandır. Əsas məsələ yerində görmək, fakt toplamaq və ədalətli mövqe ortaya qoymaqdır.
Araz Əhmədov Masallıda işləyirsə, onun fəaliyyətinə ən doğru qiyməti də ilk növbədə Masallı sakinləri və görülən real işlər verəcək. Haqq olan yerdə haqqı deməkdən çəkinməyəcəyəm. Kiminsə xoşuna gəlsə də, gəlməsə də! Sonda bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Mən müstəqil fəaliyyət göstərən media nümayəndəsiyəm və heç bir qurumun, idarənin və ya şəxsin sifarişi ilə yazmıram. Araz müəllimlə qəbul zamanı görüşümüzdə mənim işıqlandırdığım məsələlər barədə “yazdıqların çox yaxşıdır, belə də davam et” deməsi mənim üçün kifayət qədər ciddi göstəricidir. Çünki mənim tənqidi yazılarımın məqsədi kiminsə xoşuna gəlmək və ya kimisə gözdən salmaq deyil — problemi göstərmək və həllinə nail olmaqdır. Bunu xüsusilə vurğulayıram: Mən hər hansı idarə və ya qurum haqqında tənqidi paylaşım etdikdə, məsələ ilə bağlı ilk addımlardan biri çox zaman Masallı Rayon İcra Hakimiyyəti tərəfindən atılır. Amma məqsəd mənim yazdığım xəbəri sildirmək deyil. Əksinə, problemin həll olunmasına çalışırlar. Mənim üçün ən böyük göstərici də məhz budur. Vətəndaşın problemi həll olunursa, bundan həm media, həm dövlət qurumu, həm də ən əsası vətəndaş qazanır. Ona görə də kiminsə “bu yazını filan idarə yazdırıb”, “bunu kiminsə tapşırığı ilə yazır” kimi əsassız fikirlər səsləndirməsi doğru deyil. Mənim fəaliyyətim göz qabağındadır. Tənqid edirəmsə, tənqid edirəm. Müsbət iş görürəmsə, onu da yazıram. Mənim üçün əsas meyar şəxs yox, fakt və nəticədir. Araz Əhmədovu müdafiə etməyimin səbəbi də budur: şəxsən görüşmüşəm, fəaliyyətini görmüşəm və bəzi məsələlərdə yanaşmasının necə olduğunu bilirəm. Kiminsə haqqında yazmaq üçün əvvəlcə onu tanımaq, gördüyün işləri araşdırmaq lazımdır. Mən gördüyümü yazıram, yaşadığımı deyirəm və doğru bildiyim mövqenin arxasında dayanıram.
Tənqid varsa — qəbul edilməlidir.
Problem varsa — həll edilməlidir.
Yaxşı iş varsa — onun haqqı verilməlidir.
Mənim jurnalist mövqeyim də bundan ibarətdir.
Onsuz da özünü jurnalist adlandıran bəziləri var. Vətəndaş zəng edib deyəndə ki, “Şikayətim var, işıqlandıra bilərsinizmi?”, onların ilk cavabı belə olur:
— “Bağışla, mən ancaq yaltaqlıq edirəm, qorxuram.” ???? Jurnalistika yalnız tərif yazmaq, vəzifəli şəxsləri alqışlamaq deyil. Jurnalist həm də vətəndaşın səsini eşitmək, problemini işıqlandırmaq və haqqın yanında dayanmaqdır. Tənqid etməkdən qorxan adamın jurnalistliyi də sual doğurur. Çünki qələm qorxursa, cəmiyyətin problemini kim yazacaq?
Nəisə
Mərhəmət Lələyev
Cənubun haqq səsini çatdırırıq























































