MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Husilər Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığı bildirilib.
“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki açıqlamasında hücumların Nəcran bölgəsindəki yaşayış məntəqələrinə qarşı həyata keçirildiyini söyləyib.
Onun sözlərinə görə, yaralanan şəxslərdən 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Yaralananlar arasında 4 yaşlı uşaq və ikinci dərəcəli yanıq xəsarəti alan bir qadının da olduğu qeyd edilib.
Turki əl-Maliki husilərin mülki ərazilərə ayrı-seçkilik etməyən sursatlarla hücum etdiyini və bunun beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib.
Səudiyyə Ərəbistanından bir rəsmi “Reuters” agentliyinə bildirib ki, ölkə ABŞ və digər regional tərəfdaşlardan kəşfiyyat məlumatları əldə edib.
Məlumata görə, Yəmən husiləri İraq milisləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi altında Səudiyyə Ərəbistanına qarşı daha genişmiqyaslı hücumlara hazırlaşa bilər.
Rəsmi şəxs deyib ki, mümkün hücumların hədəfində enerji obyektləri, limanlar və hava limanları da daxil olmaqla, mülki və iqtisadi infrastruktur ola bilər.























































