Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
İcra başçısı Qaramahmudlu sakinləri ilə görüşdü
Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Elşən Həsənli Kürdəmirin Qaramahmudlu kənd sakinləri ilə görüşüb.
Görüşdə icra başçısının müavini, şöbə və sektor müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.
E.Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.






















































