Menu
Xəbər Lenti
İkram Kərimov vəfat etdi
2-08-2026, 12:02

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 11:58

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 11:54

İrana hücumu ləğv etdi

Prezidentlər təltif olundu
31-07-2026, 12:05

Prezidentlər təltif olundu

04 Avqust 2026 10:25Manşet / Gündəm / Dünya

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

 

2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir.

“Rumavi” tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib. Reytinq hazırlanarkən yaşayış xərcləri, təhlükəsizlik, səhiyyə, iş imkanları, maliyyə və bank sistemi, mənzil əlçatanlığı, hava keyfiyyəti, iqlim rahatlığı və digər göstəricilər nəzərə alınıb.

Araşdırmaya görə, Estoniya xüsusilə bank infrastrukturu, iş imkanları və xarici vətəndaşlar üçün əmlak hüquqları sahəsində yüksək nəticə göstərərək, ümumi reytinqdə ilk pilləyə yüksəlib.

Ölkə bank və maliyyə sistemi üzrə 99, iş imkanlarına görə 96, mənzil əlçatanlığı üzrə 82, yaşıl zonalara görə isə 86 bal toplayıb. Estoniyanın zəif nəticə göstərdiyi əsas sahə isə sərt və qaranlıq qışlara görə iqlim rahatlığı olub.

2026-cı il üzrə köçmək üçün ən yaxşı 10 ölkə bunlardır:

1. Estoniya,

2. Sinqapur,

3. Malayziya,

4. Portuqaliya,

5. Tayvan,

6. Litva,

7. Honkonq,

8. Sent-Kits və Nevis,

9. Çexiya,

10. Malta.

İlk onluqda beş Avropa ölkəsi yer alıb.

İndeksdə müxtəlif kateqoriyalar üzrə ayrıca reytinqlər də hazırlanıb.

Ailələr üçün təhlükəsizlik, təhsil, səhiyyə və yaşayış xərcləri əsas meyarlar hesab edilib. Bu kateqoriyada da Estoniya birinci yeri tutub.

“Rəqəmsal köçərilər” üçün hazırlanan siyahıda isə Malayziya lider seçilib, Portuqaliya ikinci olub. Sahibkarlar üçün Sinqapur ilk pillədə qərarlaşıb, Estoniya isə ikinci yerdə göstərilib.