TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
Yerusəlim dairə məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorçuların saxlanıldığı həbsxanaların mühafizəsi üçün timsahlardan istifadə etməyi qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb.
Bildirilir ki, bu qərar yerli heyvan hüquqlarının müdafiəsi təşkilatının məhkumların qaçmasının qarşısını almaq üçün həbsxanaların ətrafında timsahların yerləşdirilməsinə qarşı məhkəmə iddiası çərçivəsində qəbul edilib. İddiaçılar “Ktsiot” həbsxanasının ətrafında xəndək qazılması da daxil olmaqla, hazırlıq işlərinə başlanıldığını bildiriblər.
İddia olunur ki, timsahların həbsxanaların mühafizəsinə cəlb edilməsi barədə qərar səlahiyyət hədlərinin aşılması ilə, həmçinin heyvanlar, insanlar və ətraf mühit üçün mümkün təhlükə barədə xəbərdarlıq edən mütəxəssislərin rəyinə zidd olaraq qəbul edilib. Dövlət hələlik işin mahiyyəti üzrə öz mövqeyini açıqlamayıb.
Milli təhlükəsizlik naziri Ben-Qvir isə öz növbəsində bu qərarı qəbul edən hakimləri “terrorçuların tərəfinə keçməkdə” ittiham edib.
Qeyd edək ki, ilkin olaraq bu pilot layihəni “Ktsiot” həbsxanasında tətbiq etmək planlaşdırılıb, lakin ölkənin Təbiət və Parklar İdarəsi bu ideyaya qarşı çıxaraq bildirib ki, qanunvericiliyə əsasən, vəhşi heyvanlar yalnız təhsil, tədqiqat və ya məlumatlandırma məqsədilə saxlanıla bilər. Bundan sonra ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil timsahlarının “yetişdirilən vəhşi heyvanlar” kimi təsnif edilməsi ilə bağlı qərar qəbul edib.























































