Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ADAU 5 il müddətinə institusional akkreditasiyadan uğurla keçib
Zəfər Qurbanov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Böyük məmnunluq hissi ilə paylaşmaq istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən 5 il müddətinə institusional akkreditasiyadan uğurla keçib.
Bu mühüm nailiyyət universitetimizdə təhsilin keyfiyyətinin təmin olunması, müasir idarəetmə prinsiplərinin tətbiqi, elmi-tədqiqat fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbəyönümlü ali təhsil mühitinin formalaşdırılması istiqamətində görülən sistemli işlərin yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.
Əldə olunan bu nəticə Azərbaycan Dövlət Aqrar Universitetinin dayanıqlı inkişaf strategiyasına, beynəlxalq standartlara uyğun fəaliyyətinə və keyfiyyət mədəniyyətinin universitet həyatının ayrılmaz hissəsinə çevrilməsinə verilən etimadın ifadəsidir. Bu uğur, eyni zamanda, qarşımızda duran daha böyük hədəflərə doğru inamla irəliləməyimiz üçün mühüm stimul yaradır.
Bu əlamətdar uğur münasibətilə universitetimizin professor-müəllim heyətini, əməkdaşlarını, tələbələrini, məzunlarını və tərəfdaşlarımızı ürəkdən təbrik edir, bu nailiyyətin əldə olunmasına töhfə vermiş hər kəsə səmimi təşəkkürümü bildirirəm.
İnanıram ki, Azərbaycan Dövlət Aqrar Universiteti bundan sonra da milli aqrar təhsilin inkişafına, elmin və innovasiyaların gücləndirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verməyə davam edəcək və yeni uğurlara imza atacaq.






















































