VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Səhər 3-də iclas çağırmışdı - Yatmaqla bağlı açıqlaması gündəm oldu
Yaponiya Baş naziri Sanae Takaiçi vəzifəyə başladığı gündən bəri gecələr çox az yatdığını açıqlayıb.
“Qafqazinfo”nun məkumatına görə, Baş nazir bildirib ki, sıx iş qrafiki səbəbindən bəzən gecə cəmi 0-3 saat yuxu ilə kifayətlənir.
Takaiçi sosial media hesabında paylaşım edərək, gününün böyük hissəsini rəsmi görüşlərə, sənədlərin hazırlanmasına və dövlət işlərinə sərf etdiyini bildirib.
O qeyd edib ki, gecələr Baş nazirlikdən göndərilən sənədləri oxuyur, iclaslara hazırlaşır və digər işlərini tamamlayır.
Baş nazir son paylaşımında vəzifəyə başladıqdan sonra ilk dəfə fasiləsiz şəkildə 5 saat yata bildiyini yazıb: “Uzun müddətdən sonra ilk dəfə olaraq tam 5 saat yata bildim”.
Onun paylaşımı qısa müddətdə milyonlarla baxış toplayıb.
Takaiçi daha əvvəl də yuxu rejimi ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. O, gecə orta hesabla təxminən 2 saat yatdığını və müşavirlərini səhər saat 3-də görüşlərə çağırdığını bildirmişdi.
Yaponiya mediası büdcə müzakirələrindən əvvəl keçirilən belə toplantılardan birini “səhər saat 3 iş sessiyası” adlandırmışdı.
Baş nazirin açıqlamaları Yaponiyada uzun iş saatları və həddindən artıq çalışma mədəniyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ölkədə işdən qaynaqlanan ölümlər üçün istifadə edilən “karoşi” termini uzun illərdir ciddi ictimai sağlamlıq problemi hesab olunur.























































